Şrift:
TürkPA: Qazaxıstanda keçirilən seçkilər beynəlxalq standartlara cavab verir
21.03.2016 [16:08] - Gündəm, Türk dünyası-Turan, Bildiriş
Qazaxıstan Respublikası parlamenti və yerli seçkili orqanlara seçkilər Qazaxıstanın milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun olaraq keçirilib.

Türkdilli Ölkələrin Parlament Assambleyasından (TürkPA) verilən məlumata görə, bunu TürkPA beynəlxalq müşahidəçi missiyasının başçısı və Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpək martın 21-də keçirilən yekun mətbuat konfransında çıxışında deyib.

Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidəçi missiyası 20 mart 2016-cı il tarixində Qazaxıstan Respublikasında növbədənkənar parlament seçkilərinin, eləcə də yerli seçkili orqanlar - maslixatlara keçirilmiş seçkilərin qısamüddətli monitorinqini həyata keçirib.

Seçki günündə missiya üzvləri Astanada bir sıra səsvermə məntəqələrində olub və seçki bülletenlərinin hesablanma prosesini izləyib.
Bu xəbər oxucular tərəfindən 1124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed