15.02.2012 [12:20] - Gündəm
Güneydə 3 azərbaycanlı fəal Azərbaycana casusluqda təqsirli bilinərək azadlıqdan məhrum edilib
İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan 3 nəfər azadlıqdan məhrum edilib.
Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçirilən prosesdə İsmayıl Bərzgəri və Rəsul Heydərzadənin hər birinə 7 il, Cavad Zadkama isə 3 il həbs cəzası verilib.
Onlar Azərbaycan Respublikasına casusluq etməkdə günahlandırılıblar. Azərbaycanlı fəallar vəkillə belə təmin olunmayıblar. Məhkəmə prosesi də qapalı şəraitdə keçirilib.
Qeyd edək ki, İsmayıl Bərzgəri stomatoloqdur, onun Təbrizdə və Bakıda diş klinikası var, Rəsul Heydərzadə musiqiçidir, Cavad Zadkamın isə Təbrizdə idman zalı var.
Onlar 2011-ci ilin aprelində Təbrizdə həbs olunublar. Saxlanılan şəxslərin Tehranın Evin həbsxanasının 209-cu bölməsinin təkadamlıq kameralarında 7 ay ağır işgəncələrə məruz qaldıqları bildirilir. İki ay əvvəl isə həmin həbsxananın 350-ci ümumi bölməsinə köçürülüblər.
Mehrdad Kərəminin ailəsinin 50 gün sonra ailəsiləı qısa müddətli görüşüb
Mehrdad Kərəminin ailəsinin 50 gün boyunca məhkəməyə və İttilaat idarələrinə getməklərindən sonra Təbriz zindanında bir neçə dəqiqəlik oğullarını görə bilmişlər
50 gün Təbriz və Zəngan İttilaat idarələrinin təkadamlıq kameralarında saxlandıqdan sonra nəhayət ki, Mehrdad Kərəmi , 12 Fevralda Təbriz zindanına göndərmişlər. Mehrdad Kərəminin ailəsinin 50 gün boyunca məhkəməyə və İttilaat idarələrinə getməklərindən sonra Təbriz zindanında bir neçə dəqiqəlik oğullarını görə bilmişlər.
Mehrdad Kərəmi, Zənganlı Azərbaycan Milli Aktivisti və Təbriz universitəsinin öyrəncisi Dekabrın 24-u universitə avtobusundan düşdüyündə Təbriz İttilaat idarəsi və Təbriz universitəsinin qorucular bölməsinin işbirliyi ilə tutuqlanmışdır və 10 Zəngan İttilaatının təkadamlıq kamerasında sorğulandıqdan sonra yenidən Təbriz İttilaat idarəsinə qaytarılmış idi. Mehrdad bəy İstintaqlarının son günlərində Təbriz zindanının qərəntinəsinə göndərilmiş və oradan isə Təbriz zindanının maliyyə bölməsində göndərilmişdir.
Hakim, Mehrdad bəyin azadlığı üçün heç bir söz deməmiş. Sadəcə Mehrdad bəyin bir daha istintağa getdiyindən sonra məhkəmə işlərinin təkmilləşəciyini və ondan sonra azadlığı haqqında hansısa bir qərarın ola biləcəyini söyləmişdir.
Görüşdən sonra Mehrdad bəyin, Təbriz İttilaatında fiziki işkəncərə məruz qaldığı da aydın olmuşdur. İttilaat məmurlarının Mehrdad bəylə davranışları olduqca incidici davranışlar olmuşdur.
Mehrdad Kərəmi, təbriz universitetində fəaliyyət göstərən “Azərbaycan Tanıtım Ocağı”nın keçmiş katibi və insan haqları aktivisti olmuşdur. İndilikdə Təbrizə öyrəncilərindən olan və eyni halda Azərbaycan Türkcəsinin öyrətmənləri olaraq fəaliyyət göstərən Əfşin Şahbazi, Ruzbeh Səadəti və Məhəmməd Əhədi Təbriz İttilaat idarəsində saxlanılırlar. Hələlik bu milli fəalların durumundan heç bir xəbər əldə yoxdur. Təbriz şəhərində tutuqlanan tanınmış milli Mübariz İbrahım Savalanın da durumundan hələlik bir xəbər yoxdur.
M.R
İranın Şiraz şəhərində islamı tərk edərək xristianlığa keçən 10 nəfər tutulub
Hadisə bir neçə gün əvvəl baş verib.İrandakı hüquq müdafiəçilərinin verdiyi məlumata əsasən, ETTELAAT-ın Şiraz şöbəsinin əməkdaşları ev şəraitində yaradılan bir kilsədə əməliyyat keçirərək ibadətlə məşğul olan 10 nəfəri tutub aparıblar.
Tutulanların harada saxlandığı və nədə günahlandırıldığı barədə onların valideynlərinə məlumat verilmir.
Azərbaycanlı fəalların məhkəmə iclası keçirilib
2011-ci avqustun 24-ü (1390-cı il şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində İftar mərasimi zamanı tutuqlanan güney azərbaycanlı fəalların məhkəmə iclası keçirilib.
Mülki vəsiqə qarşılığında azadlığa buraxılan fəallar bazar günü mühakimə ediliblər. Onların ittihamlarına Təbrizin inqilab məhkəməsində baxılıb.
Məhkəmə iclasında Əziz Purvəli, Həsən Ərk, Musa Bərzin Xəlifəlu, Vəhid Şeyxbəyli, Mahmud Fəzli, Mustafa Əvəzpur, Murtaza Əvəzpur, Mehdi Həmidi Şəfiq, Tağı Sələhşur və Mehdi Nuri mühakimə olunublar. Onları Fatimə Sattari, Sima Bağban, Əli Abbaszadə, Yusif Molayi, Səməd Ali, Camali və Fəqihi vəkil kimi müdafiə ediblər
Urmu Gölü ilə bağlı tutuqlanmış bir qrup soydaşımız fevralın 21-i (isfəndin 2-i) Təbrizdə keçirilməsi gözlənilən kütləvi etiraz yürüşü barədə Bəyanat yayıblar
.Bəyanatda Urmu Gölünün qurudulması məsələsi, Gölün əleyhinə səs verən millət vəkilləri və bəzi Azərbaycanlı millət vəkillərini laqeyd menasibətinə işarə olunub və vurğulanıb ki, bütün bunları dayandırmaq üçün kütləvi etirazdan başqa heç bir yol yoxdur.Bəyanat yayan soydaşlarımız xalqımızın bütün təbəqələrini birliyə çağıraraq, keçiriləcək kütləvi yürüşə var gücləri ilə qatılacaqlarını bildiriblər.Xatırladaq ki, “Traxtur” tərəfdarları 2012-ci il yanvarın 29-da (1390-cı il bəhmənin 9-da) “Traxtur”la Tehranın “İstiqlal” takımı (timi) arasında keçirilən futbol müsabiqəsi barədə Bəyanat yayıblar. Onlar, 16-cı Bəyanatda hakim Möhsün Torkinin tutduğu qəzərli mövqeyini sərt şəkildə məhkum edib və bununla bağlı kütləvi etiraza hazırlaşdıqlarını bildiriblər.“Traxtur” tərəfdarları vurğulayıblar ki, “fars şövinizmi “Traxtur”un səsini boğmağ üçün var gücü ilə çalışır, ancaq biz buna imkan verməyəcəyik. Biz haqqımızı almaq üçün xiyabanlara toplanıb və öz etirazımızı kütləvi şəkildə bildirməliyik.”
Kütləvi Etiraz günü Dünya Ana Dili gününə təyin edilib.
Görüş:
Yer: Təbriz- Rasta küçəsi ilə Ostandari arası
Zaman: Fevralın 21-i (isfəndin 2-i), saat 15:00
Millət vəkilləri Azərbaycanı antiiran blokuna qoşulmağa çağırdılar
Iranın Azərbaycana notası diplomatik etiket qaylarından kənardır.
Bunu Milli Məclisin plenar iclasında millət vəkili Zahid Oruc deyib.
O qeyd edib ki, bu nota İrana yönələn beynəlxalq təzyiqin qonşuları ilə bölüşmək cəhdidir.
“İran təzyiqlərdən qurtarmaq üçün problemi öz üzərindən atmaq istəyir. Azərbaycan indiyə qədər antiiran bloklara qatılmayıb. Amma bu addımlar onu göstərir ki, Azərbaycan da belə bir bloklarda yer almalıdır”.
Onun həmkarı Fazil Mustafa da vurğulayıb ki, indiyə qədər antiiran bloklarda iştirakın əleyhinə idi.
“Amma son addımlar bunu göstərir k, İran ABŞ və İsrailin qorxusundan qonşularına qarşı aqressiv münasibət göstərir”.
Millət vəkili Qənirə Paşayeva öz növbəsində qeyd edib ki, Azərbaycan İranla bağlı güzəştsiz mövqe tutmalıdır.
“İranın “Səhər” telekanalı daim Azərbaycana qarşı təxribatla məşğuldur. Elə İran deputatları var ki, onlar Azərbaycanın müstəqilliyini qəbul etmirlər. Biz onlara anlatmalıyıq ki, müstəqil dövlətik və daim belə olacaq”.
Spiker Oqtay Əsədov qeyd edib ki, bir çox qüvvələr var ki, İranda Azərbaycana qarşı təhdidlərlə məşğuldurlar.
“Bunun kökünü axtarsaq gedib yenə də bəzi qurumlara çıxacaq. İran Azərbaycana qonşu dövlətdir. Biz hər zaman İranla münasibətlərin yaxşı olmasına çalışmalıyq. Razıyam ki, İran diplomatiyasında bəzi səhvlərə yol veirildi, Azərbaycana qarşı parlamentlərində çıxışlar oldu.
Hətta Türkmənçay müqaviləsinin ləğvi məsələsini qaldırırlar. Biz hər vəchlə çalışmalıyıq ki, bu məsələlər çox dərinləşməsin”.
O vurğulayıb ki, Azərbaycan prezidenti də dəfələrlə bəyan edib ki, heç bir xarici dövlət Azərbaycan ərazisindən istifadə edərək heç bir qonşu ölkəyə qarşı tədbir keçirə bilməz.
“Azərbaycana qarşı yönələn qüvvələrin- “Səhər” Televiziyasının və digər qurumların cavabı verilir və veriləcək”.
Milli Məclisin vitse-spikeri Bahar Muradova da öz növbəsində bildirib ki, qondarma “erməni soyqüırımı” ilə bağlı haqqında bu əsrin əvvəllərində məsələ qalxanda ilk dəfə məsələ qaldıran Azərbaycan olub, lakin sonda ittiham olunan da elə Azərbaycan oldu.
“İranla bağlı münasibətlərdə qonşuluq siyasəti həyata keçiririk, lakin sonda sərt notalar gördük. Bu gün dünyada və bölgədə gedən proseslərə adekvat münasibət bildirilməlidir”.
Amerikanın məşhur tele-şou proqramında İranda yaşayan azərbaycanlıların vəziyyəti müzakirə edilib
Amerikanın məşhur tele-şou aparıcısı Con Stüartın proqramına dəvət edilmiş Federal Təhqiqatlar Bürosunun keçmiş xüsusi agenti Əli Sufan İranda azərbaycanlıların vəziyyəti, Dağlıq Qarabağ münaqişəsində İranın mövqeyi və regionla bağlı digər məsələlərdən danışıb.
Milyonlarla tamaşaçının izlədiyi “Con Stüartla gündəlik şou”nun proqramında Əli Sufan Yaxın Şərq regionunda bugünkü durumu şərh edərək, diqqəti İranda yaranmış daxili vəziyyətə çəkib. O, İranın monoetnik deyil, bir çox etnik qrupların yaşadığı bir ölkə olduğunu qeyd edib. Əli Sufan bildirib ki, İran əhalisinin təxminən 51 faizini farslar, 40 faizini isə azərbaycanlılar təşkil edir.
“Azərbaycanlılar türk mənşəli xalqdır və tarixən farslar və azərbaycanlılar arasında münasibətlər yaxşı olmayıb. Bununla yanaşı, burada ərəb mənşəli bəluclar yaşayır və bu etnik qruplar farsların dominantlıq etməsinə qarşı olub”-deyə o bildirib.
Aparıcı Con Stüartın azərbaycanlıların Türkiyə ilə yaxınlığından İranın nə dərəcədə qıcıqlandığı sualının cavabında Əli Sufan deyib ki, Türkiyənin Yaxın Şərqdə və Mərkəzi Asiyada rolu artır və İran bundan çox narahatdır, çünki onu əhatə edən ölkələrin çoxunda türk əsilli xalqlar yaşayır. Onun sözlərinə görə, Mərkəzi Asiyada hər hansı bir etnik hərəkat regionda İranın nüfuzunun azalmasına gətirib çıxaracaq. Ekspert burada İranın Dağlıq Qarabağ münaqişəsinin həllində bütün dünyada şiələrin müdafiəçisi olduğunu deməsinə baxmayaraq, qonşusu şiə Azərbaycanı deyil, protestant xristian olan Ermənistanı dəstəklədiyini qeyd edib.
“Azərbaycan Türkiyə ilə yaxın əlaqələrə malikdir və əhalisi türk mənşəli xalqdır, buna görə də İran qorxur ki, Azərbaycan münaqişədə qələbə çalsa, o mühasirəyə alınmış olacaq”-deyə Əli Sufan bildirib.
Əli Sufan Livan mənşəli amerikalı mütəxəssisdir. O, Federal Təhqiqatlar Bürosunun xüsusi agenti kimi ABŞ-da və dünya ölkələrində əks-terror əməliyyatları və təhqiqat proseslərində iştirak edib. O, Üsəma Bin Ladenin sürücüsü və mühafizəçisi olmuş Səlim Həmdan və Bin Ladenin mətbuat katibi Əli əl-Bəhluldan dəyərli informasiyanın alınmasında mühüm rol oynayıb.
Əli Sufanın 11 sentyabr hadisələrindən sonra ABŞ-da terrorizm əleyhinə mübarizə haqda yazdığı kitab 2011-ci ildə işıq üzü görüb.
Neft daşıyan yük gəmilərinə malik “OSG”, “Frontline” və “Nova” şirkətləri İran neftinin nəqlini dayandırdığını açıqlayıb.
Hər üç beynəlxalq şirkət ayrı-ayrılıqda bəyanat yayaraq İranla bütün alış-verişi dayandırdıqlarını və bundan sonra İran neftini onun müştərilərinə daşımayacaqlarını elan edib.
Mərkəzi ofisi Nyu-Yorkda olan “OSG” şirkətinin 45, “Frontline” və “Nova” şirkətlərinin isə ümumilikdə neft daşıyan 93 iri tankeri var.
Bu şirkətlərin İran neftini daşımaqdan imtina etməsi İrana qarşı beynəlxalq sanksiyalarla əlaqələndirilir.
İranın tanınmış jurnalisti və kinorejissoru Məhəmməd Nurizad ölkənin dini lideri ayətullah Əli Xamneyiyə 22-ci açıq məktubunu yazıb
Məktubunda jurnalist ayətullah Xamneyini keçici olan qüdrət və hakimiyyət həvəsinə uymamağa, təvazökarlığa və xalqın tələblərinə cavab verməyə çağırıb.
Nurizad 2009-cu ilin iyununda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar zamanı dini rəhbərə repressiyalarla bağlı açıq məktublar yazıb zorakılığı pislədikdən, zindanlardakı acınacaqlı vəziyyəti açıqladıqdan sonra dəfələrlə tutulub həbsə salınıb. Tehran məhkəməsi onu hakimiyyətə qarşı təbliğatda və dini rəhbəri təhqirdə günahlandıraraq 3 il yarım həbsə və 50 şallaq zərbəsinə məhkum etsə də, o, mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Məhəmməd Nurizad 2009-cu ilin prezident seçkisinə qədər ayətullah Xamneyinin ən yaxın dostlarından və onun qatı tərəfdarlarından biri olub.
Məhəmməd Nurizadın dini liderə 22-ci açıq məktubunda deyilir: “2002-ci ilin noyabr ayında İsfahan əyalətinin gəncləri ilə görüşəndə sizi Həzrət Əli ilə eyni cərgədə qoyanlara belə demişdiniz: “Biz hara, Əli hara. Biz hara, Əlinin qulu olan Qəmbər hara. Biz Əlinin qulu olan Qəmbərin ayağının tozu da ola bilmərik”. Bu çox düzgün və ağıllı sözdür. Lakin mən sizin bu bir neçə cümlədə ardıcıl olaraq “biz” şəkilçisini işlətməyinizlə razılaşmıram”.
Məhəmməd Nurizad hesab edir ki, özünü həqiqətən Əlinin qulu Qəmbərin ayağının tozu da saymayan şəxs “Biz hara, Əli hara”, “Biz Əlinin qulu olan Qəmbərin ayağının tozu da ola bilmərik” kimi ifadələrin yerinə “Mən hara, Əli hara”, “Mən Əlinin qulu olan Qəmbərin ayağının tozu da ola bilmərəm” kimi ifadələr işlətməli idi. Məktub müıllifinin fikrincə, dini lider həmin vaxt “biz” ifadəsini işlətməklə əslində öz rütbəsini və yerini yuxarı tutub.
O, məktubunda daha sonra yazır: “Ey Əlinin qulu Qəmbərin ayağının tozu, eşit! Düzünü desəm, biz səndən gileyliyik. Çünki İran xalqı, hətta nüfuz sahibi olan iri vəzifə sahiblərimiz də səninlə rahat danışa bilmir. Əgər səni, sənin işlərini və ya sənin əlaltılarını tənqid etmək istəsələr, sənin əmrinə tabe olan məmurlarının qorxusundan, eləcə də Evin zindanında onları gözləyən ağır əzab-əziyyətdən, acınacaqlı taledən dilləri kəkələməyə başlayır, danışa bilmirlər. Geniş yayılmış bir adətə görə sizdən danışanlar yalnız yaltaqlanmaq məcburiyyətində qalır.
Ey Əlinin qulu Qəmbərin ayağının tozu, eşit! Mövlamız Həzrət Əli buyurur ki, bütün dünyanı da mənə versələr, mən (Əli) çəyirtkənin budunu zorla qarışqanın ağzından dartıb çıxartmaram. Lakin indi bax gör biz inqilabdan sonrakı bu illərdə, xüsusilə də sənin rəhbərlik etdiyin illərdə nələr etməmişik! Güman etmirəm ki, bu illərdə bizim adam öldürdüyümüzü sən inkar edəsən. Bəli, adam öldürmüşük! Daha doğrusu, biz Əlinin ədalətli hakimiyyətini bərpa etmək üçün yox, öz hakimiyyətimizi bərqərar etmək üçün adam öldürmüşük. Çəyirtkənin budu hara, adam öldürmək hara? Bəli, biz heç bir günahı olmayan adamları öldürmüşük, insan öldürmüşük! Biz qarət etmişik, qarət edirik, zindana salmışıq, zindana salırıq. Öz xalqımızın övladlarından bir qrupunu vətəndən qovub didərgin salmışıq, gənclərin edamı, ziyalıların ardıcıl qətli, tələbə yataqxanası hadisəsi, 2009-cu ilin qırğını və!..
Ey Əlinin qulu Qəmbərin ayağının tozu, eşit! Həzrət Əlinin maliyyə durumu və hesabı pak və şəffaf idi. Onun dünya və axirətə hesab qaytarmaq sarıdan qorxusu yox idi. İstər dost, istərsə də düşmən, hamı onun xalqın malına necə həssas yanaşdığını bilir, buna inanırdı. İndi görək səndən soruşmaq olarmı ölkəyə rəhbərliyə başladığın gündən bu günə qədər xalqın nə qədər pulu sənin birbaşa əmrinlə xərclənib və ya yerbəyer olub? Səndən bu suala cavab gözləmək təsəvvürümüzə sığmır. Lakin gəl heç olmasa özün özündən soruş ki, bu pulların yerbəyer olmasında, haralarasa xərclənməsində xalqın razılığı olubmu?
Ey Əlinin qulu Qəmbərin ayağının tozu, eşit! Gəl özün ol, bizlərdən biri ol. Əlinin qulu Qəmbərin ayağının tozunu tarixə burax. Biz istəyirik ki, sən Seyid Əli olasan. İstəyirik ki, bizlərdən biri olasan. Yəni cavabdeh olaraq tənqidə də dözümlü olasan. Çünki əgər sən belə olsaydın, ad-san sahibi olan oğrular sənin sayəndə özlərini təhlükəsiz saymaz, var-yoxumuzu talayıb yağmalamazdılar. Biz səninlə Allahın bəyəndiyi sadə, açıq və şəffaf bir dildə danışdıq. Biz səninlə kəkələmədən danışdıq. Bunu Allah bəyəndiyi kimi “Quran” da bəyənir. Bunu bizim və sizin mövlamız Əli də bəyənir. Bunu insan da, ağıl da, bugünkü bəşəriyyət də bəyənir. Biz sənin açıq-aşkar yanlış və xətalardan uzaq olmağınızı istəyirik. Biz sənin xalqı və onun tapdanmış hüququnu düşünməyini istəyirik”.
İran parlamentinin Araşdırmalar Mərkəzinin rəhbəri, ölkədə internet fəaliyyətinə qoyulan məhdudiyyətlərə, kəskin etiraz bildirib
Son günlərdə “Yahoo”, “G-mail” və “Hotmail” saytlarında yaradılmış elektron poçtlara İrandan girişə məhdudiyyət qoyulub. Bəzi başqa xarici saytlar isə tam qapadılıb. İnternet fəaliyyətindəki bu maneələr müxalifətin xalqı fevralın 14-də səssiz yürüşə çağırmasından bir neçə gün sonra başlanıb.
Əhməd Təvəkküli deyib ki, saytlara süzgəcin bu formada qoyulması, vətəndaşlara isə bu haqda hər hansı ağlabatan cavab verilməməsi milyonlarla ali təhsilli vətəndaşın narahatlığına səbəb olub: “İnternetə bu şəkildə süzgəc qoyulması mərdimazarlıqdan başqa bir şey deyil. Bu hərəkət sistemə ağır başa gələcək. Bunun kökündə təhlükəsizik məsələləri durursa belə rəsmilər şəffaf şəkildə xalqa izah verməlidirlər. Yalnız belə olduqda insanların hakimiyyətə etimadını qoruyub saxlamaq olar”.
İran müxalifətinin bir ildir ev dustaqlığında saxlanan liderlərindən olan Mirhüseyn Musəvinin baş müşaviri Ərdəşir Əmir Ərcmənd fevralın 1-də jurnalistlərə açıqlamasında “yaşıl hərəkat” tərəfdarlarını fevralın 14-də səssiz yürüş keçirməyə çağırıb. Fevralın 14-ü Musəvinin həbsə salınmasının bir ili tamam olur. O, 2009-cu ildən İranda vüsət almış “yaşıl hərəkat”ın lideridir.
Hürmüz boğazında vəziyyət gərginləşir
Amerika kosmik gəmisi USS Lincoln,keçən ay girdiyi körfəzdən çıxarkən,İran hərbi qayıqları hücüm pozisiyonu alıblar və beləliklə Lincolna adlı Amerika kosmik gəmisi Hurmuz boğazından keçərkən Amerika savaş gəmiləri onu muşaiyət edib
Keçişdə mərmilərlə təchiz edilən İran hücum qayıqları, bir pilotsuz uçaq və vertalyot da İran sahillərinə yaxınlaşan kosmik gəmini yaxından izləmişlər. Lincolnun vəzifəsi Əfqanıstandakı NATO əməliyyatlarına kömək etmək və sonradan körfəzə dönməkdir.
Bölgədəki Amerika dəniz qüvvətləri komandiri oramiral Mark Fox İranın Hürmüz boğazını bağlamaq ehtimalına qarşı hazırlıq etdiklərini , sualtı gəmilərin sayını 10-a çıxardıqlarını , mina toplayıcıları, hücum gəmilərini artırdıqlarını, bundan əlavə İranın intihar hərəkəti təşkil etmək üçün hücum qayıqlara bomba yükləndiyini bildirdi.
İran təhlükə hiss etdiyində Hürmüz boğazını bağlama təhdidini etmişdi.Avropa Birliyi İrana mərhələli olaraq neft emborqosu tətbiqi qərarlaşdırmışdı.Bu vaxt Rusiya Baş qərargah başçısı Nikolay Makarov söyləyib : “İranın düşmənlərinin bu ölkəyə qarşı nə ediləcəyi bir neçə ay içində bilinəcək və yaz başında İrana qarşı bir hərəkət gözlənilir.

Bu xəbər oxucular tərəfindən 3183 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |