Şrift:
Ərdoğan: Brüseldə partlayış törətmiş terrorçulardan biri Türkiyədən deportasiya olunmuşdur
23.03.2016 [22:49] - Gündəm, Hadisə
Brüsseldə terror aktını törətmiş terrorçulardan biri Qaziantep vilayalətində saxlanılıb və Belçikaya deportasiya olunmuşdu.

Sabah qəzetinin verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan deyib: "2015-ci il iyulun 14-də Belçika səfirliyinə nota göndərmişdik. Lakin Belçika həmin adamı azadlığı buraxdı".

Türkiyə prezidentinin sözlərinə görə, həmin adamın xarici terrorçularla əlaqəsi olmasına dair şübhələr olmasına baxmayaraq, Belçika bunu görə bilmədi.

Qeyd edək ki, ötən gün Brüssel aeroportu və metrosunda baş vermiş silsilə terror aktları nəticəsində 32 nəfər ölüb, 270 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Hökümətin fikrincə, həmin partlayışda bir neçə terrorçu iştirak edib. KİV-lərin verdiyi məlumata görə, artıq iki terrorçunun kimliyi müəyyən edilib. Bunlar İbrahim və Xalid Əl-Bakrauidirlər.
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed