24.03.2016 [11:31] - Gündəm, Gənclik
Martın 24-dən 27-dək davam edəcək aksiyada ayrı-ayrı bölgələrdən 990 nəfərin iştirakı nəzərdə tutulur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəblilərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir. Cari il martın 16-19-da və 24-27-də “Ölkəmizi tanıyaq” devizi ilə iki mərhələdə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində 54 şəhər və rayondan 1980 nəfər IX-XI sinif şagirdinin Azərbaycanın bölgələrinə səfəri nəzərdə tutulub.
Martın 24-də tur-aksiyanın ikinci mərhələsinə start verilib. Bu mərhələdə rayonlardan 990 nəfərin bölgələrimizə ekskursiyası planlaşdırılır.
Martın 16-19-da keçirilən birinci mərhələdə də 990 nəfər iştirak edib. Məktəblilər Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Lerik, İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar və Xaçmazda tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olub, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, gənclər mərkəzlərinə, Bayraq meydanlarına, rəsm qalereyalarına, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçiriblər. Bu ekskursiyalar ölkəmizin tarixini dərindən öyrənməklə bərabər, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ilin avqust ayından başlanan tur-aksiyalarda, ümumilikdə, 74 şəhər və rayondan 5155 məktəbli iştirak edib. Respublikamızın ictimai-mədəni həyatında mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası ictimaiyyət tərəfindən də böyük razılıqla qarşılanıb. Ziyalıların, sadə insanların yekdil rəyinə görə, layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir. Tur-aksiyalar zamanı respublikamızın regionlarına səyahət edən şagirdlərdə həm də xalqımızın malik olduğu çoxəsrlik tolerantlıq, multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşır.

Bu xəbər oxucular tərəfindən 1063 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |