Şrift:
Brüsseldə xüsusi əməliyyat zamanı daha bir nəfər saxlanılıb
25.03.2016 [13:20] - Gündəm, Hüquq
Belçikada polis reydləri zamanı Brüsseldə baş vermiş partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Bu barədə RİA Novosti məlumat verir.

Məlumata görə, həmin şəxs cümə günü səhər saatlarında saxlanılıb.

Daha öncəki gün isə Brüssel terrorunda şübhəli bilinən daha 6 nəfərin saxlanılması barədə məlumat verilmişdi.

Qeyd edək ki, martın 22-də Brüssel aeroportu və metrosunda baş vermiş silsilə terror aktları nəticəsində 31 nəfər ölüb, 316 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed