30.03.2016 [10:15] - Gündəm, Hadisə, Bildiriş
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçiriləcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov soyqırım haqqında fikirlərini bölüşəcək.
Daha sonra gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası nümayiş etdiriləcək. Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Yeni səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.

Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |