Şrift:
“Diplomu saxta çıxan heç bir müəllim işinə bərpa olunmayıb”
16.02.2012 [10:27] - Mədəniyyət
Təhsil Nazirliyinin şöbə müdiri: “İşə bərpa olunan müəllimlər saxta diplomu olanlar deyil, vaxtilə ölkədə qeyri-qanuni fəaliyyət göstərən tədris müəssisələrini bitirənlərdir”

“Azərbaycanda məhkəmələrə müraciət edərək işlərinə bərpa edilən müəllimlər saxta diplomu olanlar yox, vaxtilə ölkədə qeyri-qanuni fəaliyyət göstərən tədris müəssisələrinin məzunlarıdırlar”.


Bu açıqlamanı Təhsil Nazirliyinin ümumi şöbəsinin müdiri Xəyyam Nəcəfov verib.
Onun sözlərinə görə, belə şikayətçilərin işlərinə bərpası haqda qərarlar verilərkən onların iş təcrübəsi və fəaliyyətləri dövründə qazandıqları uğurlar nəzərə alınıb: “İşlərinə bərpa edilənlər diplomlarının saxta olduğuna görə işdən uzaqlaşdırılanlar deyil. Onlar qeyri-qanuni tədris müəssisələrini bitirənlərdir. Təhsil nazirinin 15-16 illik stajla bağlı dedikləri məhz elə bu məzunlara aid idi. Diplomu saxta çıxan heç bir kəs işinə bərpa olunmayıb, oluna da bilməz”.


X. Nəcəfovun sözlərinə görə, Azərbaycanda bu cür tədris müəssisələrinin diplomları ilə pedaqoji fəaliyyət göstərənlərin sayı 266 nəfər olub. Bu məzunlar əsasən 1994-1999-cu illərdə oxuyublar: “Əgər məhkəmələr onlardan bəzilərinin stajları və nailiyyətlərinə əsasən işlərinə bərpa edilməsi ilə bağlı qərar qəbul edibsə, bu qərarlar hamı üçün qanunidir və onların icra olunması zəruridir”.
Bu xəbər oxucular tərəfindən 1323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed