01.04.2016 [10:16] - Gündəm, İqtisadiyyat
“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin təməlinin qoyulması mərasimi mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək.
“ria.ru” xəbər verir ki, bu barədə Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panos Skurletis məlumat verib. Nazir bildirib ki, mərasimdə bir sıra yüksəkvəzifəli şəxslərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, uzunluğu 878 kilometr olacaq TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |