Şrift:
Ötən il Ali Məhkəmədə 9404 işə baxılıb
01.04.2016 [11:44] - Gündəm, Hüquq
2015-ci ildə Ali Məhkəmənin məhkəmə kollegiyalarında plenimun icraatinda cəmi 11095 iş, o cümlədən cinayət kollegiyasında 2609 nəfər haqqında 2307 iş hərbi kollegiyada 175 nəfər haqqında 154 iş, mülki kollegiyada 6314 iş, inzibati-iqtisadi kollegiyada(inzibati) 1885 iş, inzibati-iqtisadi kollegiyada(iqtisadi) 423 iş, plenumda isə 12 iş olub.

Bu, Ali Məhkəmənin 2015-ci il fəaliyyətinə dair məlumatında əksini tapıb.

Məlumatda bildirilir ki, ötən il məhkəmə kollegiyalarında və plenumun icratında olan 11095 işdən cəmi 9404 işə baxılıb. Cinayət kollegiyasında 2110 nəfər haqqında 1856 işə, hərbi kollegiyada 151 nəfər haqqında 135 işə, mülki kollegiyada 5657 işə, inzibati-iqtisadi kollegiyada (inzibati) 1399 işə, inzibati-iqtisadi kollegiyada (iqtisadi) 345 işə, plenumda isə 12 işə baxılıb.

2015-ci ildə baxılmış işlərin say 2014-cü illə müqayisə etdikdə. 736 işin artması görünür.
Bu xəbər oxucular tərəfindən 912 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed