01.04.2016 [12:08] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
MDHP sədri dünya siyasətində Qarabağ probleminə yanaşmanı şərh edib.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev İctimai Televiziyanın Ortaq Məxrəc verilişində qonaq olub. "Dağlıq Qarabağ: 2016-cı ilin proqnozları" mövzusuna həsr edilmiş verilişdə dünya siyasətində Qarabağ probleminin tutduğu yerdən danışan millət vəkili hazırda çevik siyasətin yürüdülməsinin vacibliyindən danışıb. Azərbaycanın müttəfiqlərinin və mövqeyinin gücləndiyini vurğulayan partiya sədri bildirib ki, əslində Qarabağ Probleminin həlli üçün dünya siyasətində maraqların təmin olunması şəraitini qurmaq lazımdı. Fərəc Quliyev hərbi gücümüzü də analiz edərək, 2016-cı ildə Azərbaycanın ciddi uğurlara imza atacağına inandığnı bildirib. Fərəc Quliyev bildirdi ki, əgər BMT özünə hörmət edib verdiyi qərarlara uyğun olaraq Ermənistana sanksiyalar tətbiq etsəydi, problem çoxdan öz həllini tapmışdı. Bunlardan əlavə partiya sədri digər beynəlxalq qurumların məsələyə yanaşmasını və bununla bağlı özünün verdiyi təkliflərin izahını verib.
Fərəc Quliyev Rusiya-Ermənistan münasibətlərinə toxunaraq, Rusiyanın hərbi-strateji müttəfiqlərinə qarşı bugünə qədər daim yürütdüyü oxşar siyasətlərin izahını verərək, Ermənistanın da zamanı gələndə arxasından çəkiləcəyi qənaətində olduğunu bildirib.
Bütün bu və digər bu kimi məsələlərlə bağlı Fərəc Quliyevin həmin verilişdə etdiyi açıqlamalar və verdiyi proqnnozların vidosunu təqdim edirik:
VİDEO açılmazsa BURAYA TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 1167 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |