Şrift:
"Cənub Qaz Dəhlizi"nin səhmdarları daha 2 milyard dollar cəlb etməyi planlaşdırır
02.04.2016 [12:43] - Gündəm, İqtisadiyyat
"Cənub Qaz Dəhlizi"nin səhmdarları layihənin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından daha 2 milyard dollar cəlb etməyi planlaşdırır.

Bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, vəsaitləri ilin sonunadək cəlb etmək planlaşdırılır: "Danışıqlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə institutları ilə aparılır. Vəsaitləri çox aşağı faizlə 20 il müddətinə cəlb etmək planlaşdırılır. Bu, layihənin reallaşdırılmasına şəxsi vəsaitlərimizi qoymamaq imkanı verəcək".
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed