Şrift:
İran dövləti Quzey Azərbaycanda təhsil alanlar üçün dövlət qiymətinə dollar satmaqdan imtina edir
16.02.2012 [11:57] - Siyasət
Aldığımız bilgilərə görə İran dövləri xaricdə təhsil alanlar üçün dövlət qiymətinə dollar satsa da Quzey Azərbaycanda təhsil alanlar üçün dövlət qiymətinə dollar satmaqdan imtina edir. Dövlət qiymətinə dolların satışı universitetdən alınan təsdiq məktubu və İranın o ölkədə olan səfirliyinin təsdiq etməsi ilə mümkündür. Hər təhsil ayında 1000 dollar və toplam hər təhsil dönəmi üçün 5000 dollar verilir. Quzey Azərbaycandakı öyrəncilər universitetdən oraya öyrənci olduqları haqqında məktub aldıqdan sonra səfirliyə getdiklərində səfirlik işçilərinin münasib olmayan davranışları ilə üz- üzə olurlar və bu imkandan məhrum edilirlər. Səfirlik işçiləri, öyrəncilərə cavabda “biz, sizə Bakıya gəlin deməmişdik”, vəya “ sizə Bakı universitetlərinə gəlməyiniz haqqında kimsə dəvətnamə göndərməyib” kimi cümlələrdən istifadə etmişlər.
İran, Bakıda təhsil alanlara məhdudiyyət yaratmaqla orada təhsil alanları ən az sayıya çatdırmaq istəyir. Son aylarda İranda valyuta qiymətinin sabitsizliyi və rialın dəyər itirməsi, bazardan dollar alan öyrəncilər üçün xərcləri olduqca artırmışdır.
Bu xəbər oxucular tərəfindən 1421 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed