04.04.2016 [10:40] - Gündəm, Sosial
Milli domen zonası .az-da 24 882 internet-resurs qeydə alınıb. Bu barədə WHOIS resursunda yerləşdirilən hesabata əsasən xəbər verir.
2016-ci ilin I rübünün nəticələrinə görə, .az domenində qeydiyyatdan keçmiş internet-resursların sayının artması 1,2% təşkil edib.
Qeydiyatdan keçmiş resurların 23 164-ü birinci səviyyəli domendə qeydə alınmış saytlardır, bu da ilin əvvəlinə olan göstəricidən 1,4% çoxdur.
İkinci səviyyəli domenlər arasında ən populyarı .com.az-dır. Bu domendə 1033 sayt (1% azalma) qeydə alınıb. Üçüncü yerə .edu.az domeni sahib çıxıb, burada 245 sayt qeydiyyatdan keçib. 2016-ci ilin I rübünün nəticələrinə görə, edu.az domenində qeydiyyatdan keçmiş saytların sayı 5,3% artıb.
Qeyd edək ki, milli domen zonası - .az rəsmi olaraq 25 avqust 1993-cü il tarixində fəaliyyətə başlayıb. Domendə qeydiyyat qiyməti 20 manat təşkil edir. Texniki dəstək xidmətinin illik qiyməti də 20 manatdır.

Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |