Şrift:
Tehran zindanında aclıq edən azərbaycanlı musiqiçilərin səhhəti ağırlaşıb
16.02.2012 [14:46] - Gündəm
Tehran zindanında aclıq edən azərbaycanlı musiqiçilərin səhhəti ağırlaşıb
ETTELAAT Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olan İsmayıl Bərzigəri və Rəsul Heydərzadəni 2011-ci ilin iyununda tutub.

Azərbaycan milli kimliyi uğrunda dinc fəaliyyətinə görə 8 aydır Tehranın Evin zindanında saxlanan, iki həftədir aclıq aksiyası keçirən azərbaycanlı musiqiçilər İsmayıl Bərzigər və Rəsul Heydərzadənin səhhətinin ağır olduğu haqda məlumat yayılıb.

ETTELAAT əməkdaşları Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olan müğənni, muğam ifaçısı İsmayıl Bərzigəri və klarnet ifaçısı Rəsul Heydərzadəni 2011-ci ilin iyununda tutublar. Tehran məhkəməsi hər iki azərbaycanlını casusluqda günahlandıraraq onların hər birini 7 illik həbsə məhkum edib. Hər iki fəal mühakimə olunarkən vəkildən məhrum edilib və məhkəmə iclası cəmi 5 dəqiqə çəkib.

Evin zindanının 350-ci korpusunda saxlanan azərbaycanlı musiqiçilər saxlandıqları şəraitin ağırlığına və məhkəmənin ədalətsiz qərarına etiraz olaraq 2012-ci il fevralın 2-dən aclığa başlayıblar.

Aclıq nəticəsində dəfələrlə qan təzyiqi düşdüyünə görə zindan klinikasına aparılan fəallar bütün təzyiqlərə baxmayaraq aksiyanı dayandırmırlar.

Həbs müddətində müxtəlif fiziki və psixoloji təzyiqlərə məruz qalan azərbaycanlı məhbusların müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi də bildirilir.
Bu xəbər oxucular tərəfindən 1184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed