Şrift:
Azərbaycanda fevralın 18-dən havanın temperaturu yenidən enəcək, qar yağacaq
16.02.2012 [14:58] - Xəbərlər
Fevralın 18-i axşamdan qərb rayonlarından başlayaraq, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə ediləcək, sulu qar və qar yağacaq.
Bunu cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, belə hava şəraiti fevralın 21-dək davam edəcək. Bu müddətdə ölkə ərazisində hava şəraiti yenidən yağıntılı olacaq. Bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir. Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcək, temperatur ötən günlərə nisbətən 3-5 dərəcə enəcək.
Bakı və Abşeron yarımadasında fevralın 18-i axşamdan 21-dək şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə enəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu fevralın 17-də Bakıda gündüz saatlarında 4-6, fevralın 18-də 3-6, fevralın 19-da isə 0-3 dərəcə isti gözlənilir.
Fevralın 17-də gündüz Aran rayonlarında 3-7 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, fevralın 18-19-da Aran rayonlarında gündüz 1-6 dərəcə isti, dağlarda 0-5 dərəcə şaxta gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed