Şrift:
Ağdam və Tərtərin orta məktəblərində dərslər tam bərpa edilib
06.04.2016 [11:09] - Gündəm, Gənclik, Bildiriş
Ağdam və Tərtər rayonlarının orta məktəblərində tədris prosesi bərpa olunub.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov açıqlamasında bildirib ki, artıq bu gündən etibarən rayonun bütün kəndlərində orta məktəblərdə dərslərə başlanılıb: "Təmas xəttindəki kəndlərdə qadın və azyaşlı uşaqlar öz evlərinə qaytarılıb, şagirdlər normal qaydada dərslərinə davam edirlər".

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə Trend-ə deyib ki, cəbhə xəttindəki vəziyyətlə bağlı təmas xəttində yerləşən cəmi 3 kənddə orta məktəblər fəaliyyətini dayandırmışdı: "Aprelin 6-dan etibarən həmin məktəblərdə də tədris bərpa edilib".
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed