05.10.2011 [12:50] - Özəl xəbər
Könüllü birliklər, İstanbulun fəthinin, bütün türk-İslam aləmi tərəfindən müqəddəs bir məqsəd olduğunu dilə gətirdilər
Fateh Sultan Məhəmməd Xan, müəllimi Ağşəmsəddinin Allahu Təalaya yalvarıb, dua etməkdə olduğu bu yüksək halını görüncə, sakitçə geri döndü. Qalaya baxınca surlara dırmaşan İslam əsgərinin yanında və qarşısında ağ əbalı bir birliyin də hisara girməkdə olduğunu gördü. Az sonra fəthin əsgəri də surları keçib şəhərə girdi. Beləcə İstanbulun fəthi və Peyğəmbər əfəndimizin böyük möcüzəsi reallaşdı.
“Gedin, yenə ona gedin. Sultan Məhəmməd mənəm, amma o mənim müəllimimdir, Şəhərin mənəvi fatehidir” deyirdi.
Tibb elmində də özünü yetişdirən Ağşəmsəddin həzrətləri müxtəlif xəstəliklərə hansı otlardan hazırlanan dərmanların faydası olacağını bilirdi. Bu xüsusdakı elmi, dillərə dastan idi. Yoluxucu xəstəliklər üzərində də çalışmaları vardı. Çünki o dövrdə keçici xəstəliklər minlərlə insanın ölümünə səbəb olurdu. Ağşəmsəddin həzrətləri, təsirləri baxımından xərçəngə bənzəyən seretan deyilən bir xəstəliklə də məşğul olmuşdu. Tibbdəki şöhrəti o dərəcəyə vardı ki, bir neçə dəfə Ədirnə sarayına çağırıldı.
Tələbələrindən Şeyx Mısırlıoğlu Abdurrahim nəql edir:
“Müəllimim Ağşəmsəddin ilə Ədirnəyə getmişdik. Sultan Murad Xanın kazaskeri Süleyman Çələbi xəstə idi. Bizi saraya dəvət etdilər. Sultanın təbibləri Süleyman Çələbinin ətrafında ona dərman verirdilər. Müəllimim təbiblərə “bunun xəstəliyi nədir?” deyə soruşdu. Onlar da hansı xəstəlik olduğunu söylədilər. Müəllimim: “Buna Sərsəm dərmanı etmək lazımdır” buyurdu. Təbiblər: “Bunun xəstəliyi o deyil, amma sən yenə o dərmanı ver” deyib getdilər. Mən çox kədərlənmişdim. Çünki müəllimimin xəstəliyə tam vaiqf ola bilmədiyini zənn etmişdim. Müəllimim kağız-qələm istədi, reseptini yazdı. Dərmanlarını hazırladı və Süleyman Çələbiyə verdi. Aradan qısa bir zaman keçincə, Süleyman Çələbinin səhhətində irəliləmələr meydana çıxdı və yaxşı oldu”.
Yenə Fateh Sultan Məhəmməd Xanın qızı Gövhərxan Sultan xəstələnmişdi. Təbiblər müalicədə aciz qalıb üzr istədilər. Sonunda Ağşəmsəddin həzrətlərinə müraciət edildi. Onun yazdığı dərmanın Allahu-Təalanın icazəs(n)i ilə faydası oldu.
İkinci Murad Xanın vəfatı ilə Osmanlı taxtına çıxan gənc padşah Sultan Məhəmməd İstanbulun fəthi hazırlıqlarını tamamladıqdan sonra şəhərə doğru hərəkət edərkən, Allah adamlarının da ordusunda olmasını istədi. Bu dəvət üzərinə Ağşəmsəddin, Akbıyık Sultan, Molla Fenari, Molla Guranı, Şeyx Sinan kimi məşhur alim və vəlilər, tələbələriylə birlikdə orduya qatıldılar. Yenə orduya qatılan Aydınoğlu, Karamanoğlu, İsfəndiyaroğlu qüvvətləri kimi könüllü birliklər, İstanbulun fəthinin, bütün türk-İslam aləmi tərəfindən müqəddəs bir məqsəd olduğunu dilə gətirdilər. Xüsusilə tələbələriylə birlikdə orduya qatılan Ağşəmsəddin həzrətləri və digər alim və övliya şəxslər, əsgərlərə ayrı bir şövq və əzm verirdilər. Fateh Sultan Məhəmməd Xan, İstanbul önlərində ordugahını qurduqdan sonra, düşmənə əvvəl İslamı təbliğ etdi. İslamiyyətin əmri olan xüsusları bildirdi. Lakin, bizanslılardan rədd cavabı aldıqdan sonra şəhəri mühasirəyə almağa başladı. Mühasirənin uzanması və bir nəticə əldə edilə bilməməsi bəzi dövlət adamlarını ümidsizliyə saldı. Bunlar şəhərin alına bilməyəcəyini, üstəlik bir xaçlı ordusunun Bizansın imdadına gələcəyini sanırdılar. Bütün bu mənfi təbliğatlara qarşı orduda padşahı və əsgəri fəthə qarşı səyə gətirən bir din böyüyü vardı; Ağşəmsəddin. O, şeyxi Hacı Bayram Vəlinin; “İstanbulun fəthini bu uşaqla bizim kosa görərlər!” sözünü bilir və fəthin reallaşacağına ürəkdən inanırdı.
Mühasirənin davam etdiyi sırada Avropadan əsgər və ərzaq gətirən gəmilər, Osmanlı donanmasının müdaxiləsinə baxmayaraq şəhərə girməyə müvəffəq oldu. Kafirlər görülməmiş şənliklər edərkən, Müsəlmanlar kədərli idi. Padşahın yanına gələn bəzi dövlət adamları: “Bir sofunun (Ağşəmsəddin) sözüylə bu qədər əsgər qırdırdın və bütün xəzinəni istehlak etdin. Budur, Avropadan kafirə kömək gəldi. Fəth etmək ümidi qalmadı” dedilər.
Bunun üzərinə Sultan Məhəmməd Xan, vəziri Vəliyüddin Əhməd Paşanı Ağşəmsəddinin yanına göndərərək: “Şeyxdən soruş, qala fəth olmaq və düşmənə zəfər tapmaq ümidi vardırmı?” dedi. Buna Ağşəmsəddin həzrətləri belə cavab verdi: “Ümməti Məhəmməddən bu qədər müsəlman və qazilər bir kafir qalasına doğru hücum etsə, inşaallahı Təala fəth olar”.
Sultan Məhəmməd Xan, ümumi cavabla kifayətlənməyib, Vəliyüddin Əhməd Paşanı təkrar Ağşəmsəddinin yanına göndərib: “Vaxtını təyin etsin” dedi. Ağşəmsəddin dərin fikrə gedərək başını əyib, Allahu Təalaya yalvardı. Mübarək üzü tərlədi. Sonra başını qaldıraraq: “İşbu ilin Cemaziyelevvəl ayının iyirminci günü, səhər vaxtında, inanc və səylə filan tərəfdən getsinlər. O gün fəth ola. Kostantiniyyənin içi azan səsiylə dola!” dedi. Ayrıca gənc padşaha bir məktub göndərdi. Məktubunda: “Qul tədbir görər, Allahu Təala təqdir edər kaziyesi, dəlili sabitdir. Hökm Allahu Təalanındır. Qul əlindən gəldiyi qədər səy göstərməkdə qüsur etməməlidir. Rəsulullahın və Eshabının sünnəs(n)i budur” deyirdi.
Beləcə, Ağşəmsəddin həzrətləri bir tərəfdən İstanbulun fəthi haqqında yeni müjdələr söyləyir, digər tərəfdən də nə şəkildə davranılması barəsində padşaha tövsiyələr verirdi.
Nəhayət, Ağşəmsəddin həzrətlərinin təyin etdiyi gün və saat doldu. Sultan Məhəmməd Xan ordunun başına keçərkən, müəllimi Ağşəmsəddindən oxumaq üçün bir dua xahiş etdi. Bunun üzərinə Ağşəmsəddin: “Ya Fakih Əhməd!” deyərək himmət tələb et!.. Onu vəsilə edərək Allahu Təalaya tazarru və niyaz et” buyurdu. Sonra çadırına girən Ağşəmsəddin həzrətləri yanına heç kimi qoymamalarını istədi və qapılarını yaxşıca bağlatdırdı.
Yeniçərilər, əzablar, dalğılıçlar, serdengeçtiler, axınçılar, könüllülər, çatanlar, övliyalar Sultan Məhəmməd Xanın buyruğuyla İstanbul üzərinə axırdılar. Məhəmməd Xan bu sırada müəllimi Ağşəmsəddinin yanında olmasını arzuladı və xəbər göndərdi. Gəlməyincə Ağşəmsəddinin olduğu çadıra getdi. Çadırın hər tərəfi yaxşıca bağlanılmışdı. Fateh Sultan Məhəmməd Xan çadıra yaxınlaşıb, xəncərini çıxardı. Xəncərlə çadırdan bir az kəsərək, içərisinin görülə biləcəyi qədər bir dəlik açdı. İçəri baxınca, müəllimi Ağşəmsəddin həzrətlərini quru torpaq üzərində səcdəyə qapanmış, başından sarığı düşmüş, ağ saçı və ağ saqqalı nur kimi parlayan gördü. Ağ saçını və ağ saqqalını torpağa sürüb, saçını saqqalını torpaq içində buraxmışdı. Bu halı ilə İstanbulun fəthinin reallaşması üçün Allahu Təalaya yalvarıb dua edir, gözyaşı tökürdü. Fateh Sultan Məhəmməd Xan, müəllimi Ağşəmsəddinin Allahu Təalaya yalvarıb, dua etməkdə olduğu bu yüksək halını görüncə, sakitçə geri döndü. Qalaya baxınca surlara dırmaşan İslam əsgərinin yanında və qarşısında ağ əbalı bir birliyin də hisara girməkdə olduğunu gördü. Az sonra fəthin əsgəri də surları keçib şəhərə girdi. Beləcə İstanbulun fəthi və Peyğəmbər əfəndimizin böyük möcüzəsi reallaşdı.
Ağşəmsəddin, fəth ordusu İstanbula girdikdən sonra, İslamiyyətin hərb ilə əlaqədar hüququnun güdülməsini gənc padşaha təkrar xatırlatdı. Buna uyğun hərəkət edilməsini bildirdi.
***
İstanbul səhər səkkiz radələrində fəth edilmişdi. Fateh Sultan Məhəmməd isə şəhərə günorta saatlarında ağ bir at üzərində Topkapıdan girdi. Möhtəşəm bir alayla və alqışlar içində irəliləyərək, Ayasofyaya doğru yol aldı. Zülmdən və haqsızlıqdan bezmiş olan Bizans xalqı yeni bir gözləyişin içində idi. Fateh keçdiyi küçələri, evləri diqqətlə nəzərdən keçirirdi. Yanında komandirləriylə vəzirlərindən başqa, Molla Guranı, Molla Hüsrəv, Ağşəmsəddin və Akbıyık Sultan kimi alimlər və vəlilər birliyi də orada idi. Küçələr insanlarla dolmuşdu. Fateh Sultan Məhəmməd çox gənc olduğu üçün, hər kəs Ağşəmsəddini padşah sanır, ona dəstə dəstə çiçək verirdilər. Ağşəmsəddin isə gənc padşahı göstərərək: “Sultan Məhəmməd mən deyiləm, odur” deyə xalqa bildirirdi.
Sultan Məhəmməd isə:

Fateh Sultan Məhəmməd Xan İstanbula girdikdən sonra, müəllimi Ağşəmsəddin üç gün ortalıqda görünmədi. Bütün axtarışlara baxmayaraq tapa bilmədilər. Üç gün sonra, Ədirnəqapı yaxınlarında viranə bir yerdə ibadətlə məşğul olduğunu gördülər. O zamandan bəri bu yerə, onun adının şərəfinə “Ağşəmsəddin” məhəlləsi deyilir. Fateh Sultan Məhəmməd Xan, fəthin üçüncü günü Ayasofyaya gedib, oranı məscidə çevirir. Ayasofyanı məscidə çevirməsi, bizanslılar ilə edilən bir razılaşma əsasında olur. Burada ilk xütbəni, Ağşəmsəddin oxudu. Ox meydanında Ağşəmsəddin də tərkibində olan bir zəfər alayı toplanmışdı. İstanbulun mənəvi fatehi üzünü qazilərlə rutub: “Ey qazilər, bilin, agah olun ki, cümləniz haqqında, axır zaman Peyğəmbəri ol Sərvəri kainat: “Onlar nə gözəl əsgərdir” buyurmuşdur. İnşaallah, cümləmiz bağışlanılmış olarıq. Lakin qəza malını israf etməyib, İstanbul içində xeyir-ü-hasenata sərf və padşahımıza itaət edin” deyə nəsihət etdi. Sonra, Fateh Sultan Məhəmməd Xanın başına iki çatal ablak sorguç taxıb: “Padşahım, bütün ali Osmanın fəxri oldun. Dərhal mücahidi fi sebilillah ol!.." dedi.
Ağşəmsəddin həzrətlərinə: “İstanbulun fəth ediləcəyi zamanı necə bildin?” deyə soruşulunca, belə cavab verdi: “Qardaşım Xıdır ilə, elmi ledünniyye üzrə İstanbulun fəth vaxtını çıxarmışdıq. Qala fəth edildiyi gün, Xıdırın yanında övliyadan bir camaatla hisara girdiyini gördüm. Qala fəth olunduqdan sonra da, Xıdır qardaşımı qalanın üzərinə çıxmış oturar halda gördüm”.
Fateh Sultan Məhəmməd Xan, fəthdən sonra müəllimi Ağşəmsəddinə, son hücumun başladığı sırada: “Ya Fakih Əhməd” deyərək Fakih Əhməddən himmət tələb etməsini söylədiyini xatırladaraq: “Fakih Əhməd kimdir ki, tazarru və niyaz etdin? Himmətini istədin? Allahu Təalanı tazarru etmiş olsa idim evila deyilmiydi?" deyərək, səbəbini soruşdu. Müəllimi Ağşəmsəddin sualın cavabında: “O sırada Fakih Əhməd, qütb, sahibi qənaət idi” cavabını verərək, Allahu Təalanın köməyini, onun vasitəsiylə və onun bərəkəti ilə göndərdiyini və onun da himmət etdiyini söyləmişdir. Ağşəmsəddin həzrətlərinin “Fakih Əhməd” dediyi özü idi. Lakin təvazönün çoxluğundan şöhrətdən qaçıb, özünü gizləyərək belə danışmış, çox arifanə bir rəftar etmiş olduğu rəvayət edilir.
(davamı gələn sayımızda)
Rəşad SAHİL

Bu xəbər oxucular tərəfindən 1368 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |