16.02.2012 [16:04] - DAVAMın yazıları
ABŞ-nın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Türkiyənin "Hürriyyət Daily" qəzetinə müsahibəsində deyib ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqi¬şəsinin həlli finişə çatmaqdadır. “Danışıqlarda nəhəng irəliləyiş var və tərəflər sıçrayışa çox yaxındır”. Nə deyirik, Allah ağzından eşitsin, ay Brayza müəllim. Lakin şəxsən mən sənin hansı sıçrayışdan danışdığını başa düşə bilmədim. Son bir neçə ildə Rusiya Prezidentinin vasitəçiliyi ilə keçirilən 10 görüş ciddi bir nəticə verməmişdir. Madrid sənədlərini isə ermənilər heç sənəd yerinə qoymaq istəmədilər və s. Ermənistan prezidenti özünü təzə gəlmiş gəlinlərdən daha nazlı aparır. Hər sənədə bir qulp qoyur. Hər vasitə ilə problemin konstruktiv həllindən qaçır. Rusiya aydın-açıq vaxt öldürür. Bu isə Azərbaycanın xeyrinə deyil. Rusların məqsədi tamamilə aydındır, kimə aydın deyilsə, buyursun, Rusiya Federasiyasının prezidentliyinə namizəd Vladimir Jirinovskinin bu yaxınlarda APA-nın müxbiri Fərid bəyə verdiyi müsahibəsinə nəzər salsın.
Zaman keçdikcə Qarabağın yaddaşından silinməyə başlayırıq. Neyləsin Qarabağ, erməninin papağı hələ görünməmiş aradan elə çıxdıq ki... Yazıq Qarabağa bircə dənə də olsa şəklimizi vermiş olsaydıq, indi hərdən baxıb sir-sifətimizi xatırlardı. Öz aramızdı, bu aradan çıxmaq haqq-hesabını babamız Koroğlu başımıza necə yeridibsə, bir himə bəndik, o dəqiqə tüpürürük dabanımıza. Qaldı ki, Brayza müəllimin Azərbaycan türklərinin yastıqlarını rahatlamasına, o, bu missiyanı yerinə yetirmiş digərlərindən o qədər də fərqlənmir. Olsa da, cəmi bir fərqi var, o da Brayza müəllimin nağıl danışarkən çox zaman gülümsəməyə çalışmasıdır. Hə, Brayza müəllim sonra deyir ki, yalnız tərəflərin çətin və riskli siyasi qərar qəbul edəcəkləri halda, razılaşdırılacaq bir neçə əsas məsələ qalıb. Soruşan olmayıb ki, ay Brayza müəllim, yalnız tərəflərin çətin və riskli siyasi qərar qəbul edəcəkləri halda, razılaşdırılacaq bir neçə əsas məsələ qalıb deyirsən, ha, elə onlar deyilmi əsas məsələ. Bəs sənin rahatladığın bu yastıq, kəsdiyin “lapşa” kimin üçündür, hə? Daha sonra Brayza müəllim sözünə davam edərək deyib ki, belə qərar yalnız tərəflərin ABŞ və Fransadan siyasi dəstək hiss edəcəkləri halda, qəbul edilə bilər. Maşallah, halal olsun səni özünə ər seçən türk qızının zənninə. Mən indi bildim ki, o qız səni həm də doğru danışan bir müəllim kimi sevib, əcəb də eləyib. Deməli, deyirsən ki, Qarabağ probleminin çözülməsinə bu günə qədər ABŞ və Fransa tərəfdən siyasi dəstək hiss edilməyib, amma bundan sonra edilə bilər, eləmi? Yəni onlar bu məsələnin həllinə indiyədək dəsdək verməyiblər, səni düzmü başa düşdük, ay Brayza müəllim? Bəs 15-16 ildir ki, bir rus kəndirbazın yanında o amerikan və fransız kəndirbazlar nə qayırırlar, hə, adlarını da qoyublar ATƏT-in Minsk qrupu? Ədalət naminə deməliyik ki, onların adını mən yox, hörmətli şair-dramaturq Ramiq Muxtar belə qoyub – kəndirbaz. Həm də üçünə cəmi bircə dənə, amma yaraşan şeir də ithaf edib – “Üç kəndirbaz”. Bütün bunlar öz yerində. Deyirsən ki, çətin və riskli siyasi qərar qəbul edəcəkləri zaman razılaşdırılacaq bir neçə əsas məsələnin həlli üçün qərar yalnız tərəflərin ABŞ və Fransadan siyasi dəstək hiss edəcəkləri halda qəbul edilə bilər. Müsahibə verərkən işlətdiyin bu cümlə məni elə dolaşığa salıb ki, yuxum tamam pozulub. Odur ki, yataqdan qalxıb səninlə xəyalən söhbət edirəm. Yox, yox ürəyinə başqa heç nə gəlməsin, mən tamamilə sağlamam. Hə, sən yəni demək istəyirsən ki, ABŞ və Fransa siyasi dəstək versələr Qarabağ problemi həll olacaq? Yəni bu məsələdə rusların siyasi dəstəyinə heç kimin ehtiyacı yoxdur? Bəs bu Jirinovski müəllim nə deyir? Səndən 9 gün əvvəl, artıq yuxarıda qeyd etdiyimiz müsahibəsində deyıb: “Dağlıq Qarabağ məsələsi Rusiyanın əlindədir”. Jirinovski müəllim həm də deyib ki, “Azərbaycan və Ermənistan arasında problemi yalnız və yalnız Rusiya həll edə bilər... ATƏT-in Minsk qrupu, Fransa və başqaları heç bir zaman problemin həllinə kömək edə bilməyəcək”. Amma, Brayza müəllim, məntiqli danışdığı üçün mən Yirinovski müəllimə inanıram. Kişi düz deyir də, Qarabağı əlimizdən alan məgər ruslar deyil, onlardan savayı bu məsələni kim həll edə bilər, axı?

Bu xəbər oxucular tərəfindən 1792 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |