08.04.2016 [09:58] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Mən M.Ə.Rəsulzadənin ədəbi irsinə ilk dəfə 1997-ci ildə TQDK-nın xətti ilə bunkerdə olarkən müraciət etmişəm. Qəbul imtahanı üçün hazırlanan sualların birincisinin M.Ə.Rəsulzadə ilə ilgili
olması testləri yoxlamağa səlahiyyəti çatan bir xanımın, deyəsən, xoşuna gəlməmişdi. Onun cavabını Mərdəkanda - ovaxtkı test məkanında o qədər də geçikdirmədim:
"Məhəmməd Əmin Rəsulzadə elə şəxsiyyətlərdəndir ki, onun heykəlini S.M.Kirovun heykəlinin yerində yapmaq olar".
Mənə irad tutan etiraz etməyi bacarmadı və cavabım yerinə düşdüyünə görə məmimlə təxminən 40-50 dəqidə təhsil tarixi,qabağcıl təhsil müəssisələri haqqında söhbət edən rəhbər xanım məni açacağı məktəbin proqramını hazırlamaqda ona kömk etməyə çağırdı.
Oxucunu intizardan qurtarmaq üçün deyim ki,bunkerdə yüksək əhəmiyyətli iş qurtardı,çağırış isə
olmadı.İndi işinə kömək etməli olacağım həmin məktəb Bakının ən nümunəvi təhsil ocaqlarından biridir.
Məhəmməd Əminin adını ikinci dəfə Elçinin kitabından bir cümləni TQDK-nın qəbul imtahanı suallarına yerləşdirə bildim:
"Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur"cümləsini sintaktik təhlil edin.
Əlbəttə, söhbət sintaktik təhlildən daha çox M.Ə.Rəsulzadənin xatırlanmasının vacibliyini yada salırdı. Test də sintaktik təhlildə hələ də mübahisəli görünən maraqlı test yanaşmasına həsr edilmişdi.
Başqa bir testdə M.Ə.Rəsulzadənin "Qaranlıqda işıqlar" dramı abituriyentlərin diqqətinə yönəldilirdi.
M.Ə.Rəsulzadənin "Molla Nəsrəddin" jurnalının "Bakı vəkili" olduğunu oxuculara ilk dəfə mən xəbər vermişəm.Çox təəssüf ki,Molla Nəsrəddin jurnalının tədqiqatçıları bu faktdan istifadə etmirlər.Aydınlıq üçün deyim ki,bu məlumat "Molla Nəsrəddin" jurnalının 9 dekabr 1907-ci ilə aid 46-cı nömrəsindəndir:
"Bakıda məcmuəmizin vəkilləri "İrşad" idarəsində - "Nicat" cəmiyyətinin sədri cənab Məhəmməd Əmin Rəsulzadə və Parapetdə "Nadejda" kontorunda məzkur cəmiyyətin xəzinədarı cənab Əsədulla Axundovdur.
Gəncədə vəkilimiz şəhər məktəbinin türk dili müəllimi cənab Mirzə Hüseyn İsmayılzadədir".
Maraqlıdır ki, bu elan jurnalın sonrakı -- 16 dekabr 1907- ci il tarixli 47-ci nömrəsində də oxuculara çatdırılmışdır. Lakin əvvəlki nömrədəki soyadların təkrarlanması nədənsə məsləhət olmamışdır.
Yeri gəlmişkən qeyd edək ki, M.Ə.Rəsulzadənin də müəyyən illərdə rəhbər olduğu "Nicat" Xeyriyyə Cəmiyyəti Bakı qubernatorunun 1906- cı il avqustun 22-də təsdiq etdiyi Nizamnamə əsasında fəaliyyətə başlamışdır. Cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işini gücləndirmək, ali,orta və ibtidai təhsil müəssisələrində oxuyan müsəlmanlara yardım göstərilməsi,ana dili və ədəbiyyatın inkişafı idi.Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr etmişdir.
Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşasını "Nicat" Maarif Cəmiyyətinin dram heyəti hazırlamışdır."Leyli və Məcnun" operasının ilk tamaşası 1912-ci il yanvarın 12-də şənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur."Nicat"Cəmiyyətinin sədri kimiM.Ə.Rəsulzadənin də ilk tamaşada tamaşaçı kimi iştirakı şübhəsizdir. Yeri gəlmişkən onu da deyək ki, yarandığı gündən "Nicat" Cəmiyyətinə növbə ilə Məhəmmədəli bəy Səlimbəyov (1906-1907), Həsən bəy Ağayev (9 mart-12 noyabr 1907), M.Ə.Rəsulzadə (12.11.1907- 17 .12.1913), eyni zamanda Qasım Qasımov,
İsa bəy Aşurbəyov və Əlimərdan bəy Topşçubaşov rəhbərlik etmişlər.
"Nicat " Cəmiyyətinin mətbu orqanı "Nicat" qəzeti idi.Qəzetə İsa bəy Aşurbəyli başçılıq edirdi."Nicat" həftədə bir dəfə şənbə günü Azərbaycan və rus dillərində nəşr olunan siyasi, ədəbi və ictimai qəzet idi.
1910-1912-ci illərdə "Nicat" qəzetinin 86 nömrəsi çap olunmuşdur.
M.Ə.Rəsulzadə ilə ilgili qəzet və jurnal materiallarının diqqət və bələdliklə öyrənilməsi həmişə gündəmdə olmalıdır.
Mən fəxr edirəm ki, tariximizə sevgi və qayğı ilə bir neçə iri həcmli kitaba yerləşəcək qədər iş - xeyirxah yaradıcılıq işi görmüşəm. Bu sırada M.Ə.Rəsulzadə irsinə rəğbətim bir neçə yazımda öz əksini tapmışdır.
M.Ə.Rəsulzadənin "MƏR" imzası ilə "Həyat" qəzetində çap olunmuş "Mətbəələrimizə dair" məqaləsini 30.10.1992-ci ildə də oxuculara mən çatdırmışam.
(bax :"Novruz " qəzeti,30.10.1992).
Ən nəhayət, arxiv sənədlərinə əsasən, M.Ə.Rəsulzadənin 31 yanvar 1884-cü ildə yox, 29 fevral 1884- cü ildə anadan olması faktını da üzə çıxaran da mənəm.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.

Bu xəbər oxucular tərəfindən 1175 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |