Şrift:
Sarkisyanı “Dağlıq Qarabağın işğalına son qoyun” transparantları ilə qarşılayıblar
08.04.2016 [13:48] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Almaniyanın “Hamburger Abendblatt” media resursunda AFR-in federal kansleri Angela Merkel ilə Ermənistan prezidenti Serj Sarkisyanın görüşündən bəhs edən xəbər dərc olunub. Materialda bildirilir ki, AFR-in hökumət başçısı bu il iyun ayında Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək arzusundadır

(bax: http://m.abendblatt.de/politik/ausland/article207392115/Merkel-mahnt-Armenien-und-Aserbaidschan-Nicht-weiter-Blut-vergiessen.html).

Xəbərdə deyilir: “Almaniya ATƏT-də özünün sədrliyindən istifadə edərək vasitəçi kimi çıxış etmək istərdi”.

Nəşrdə AFR XİN başçısı Ştaynmayerin bu sözləri də sitat gətirilir: “Güc tətbiq edilməsini yalnız indiki “status-kvo”nun saxlanması üçün vasitə hesab edənlər bu cür halların gələcəkdə də təkrarlanması ilə risk edirlər. Nazir tərəfləri barışığa yox, məhz uzunmüddətli sülhə nail olmağa çağırıb. Qeyd edək ki, bu bəyanat Azərbaycan dövlətinin rəsmi mövqeyinə tam uyğundur.

Materialda bildirilir ki, Merkelin Sarkisyanla görüşündən əvvəl və görüş zamanı əllərində “Dağlıq Qarabağın işğalına son qoyun” sözləri yazılmış plakatlar tutmuş bir dəstə insan bu ikitərəfli sammitin keçirildiyi binanın qarşısında toplaşaraq nümayiş keçiriblər.
Bu xəbər oxucular tərəfindən 1098 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed