09.04.2016 [10:13] - Gündəm, Hadisə
Yaponiyanın Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi (JAXA) Venera planetini tədqiq etmək üçün buraxılan “Akatsuki” kosmik aparatının orbitini korrektə etdikdən sonra aparat nəzərdə tutulduğundan iki dəfə çox müşahidə apara biləcək.
Bu barədə aprelin 7-də məlumat verən agentliyin rəsmi nümayəndələri bildiriblər ki, aparat nəzərdə tutulan orbitə çıxarılıb.
Kosmik aparatın hərəkətində korrektə aprelin 4-də ondakı dörd kiçik mühərriki 15 saniyə ərzində işə salmaq yolu ilə aparılıb. Nəticədə “Akatsuki”nin ovalşəkilli hərəkət diametri daha da genişlənib.
Məlumatda qeyd edilir ki, orbitin dəyişməsi nəticəsində aparat vasitəsilə aparılan müşahidələrin müddəti ilkin mərhələdə nəzərdə tutulan 800 gündən 2000 günədək artıb.
“Akatsuki”nin aprelin ortalarından başlayaraq Venera planetinin atmosfer şəraitini öyrənmək üçün əhatəli müşahidələrə başlayacağı bildirilir.

Bu xəbər oxucular tərəfindən 768 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |