Şrift:
Azərbaycan karateçiləri Dubayda beynəlxalq turnirdə iştirak edəcəklər
09.04.2016 [10:15] - Gündəm, İdman
Aprelin 9-10-da Azərbaycan karateçiləri Dubayda “Karate-1” Premyer Liqa turnirində iştirak edəcəklər.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “Al-Ahli Dubai Open” yarışına 14 nəfərlik heyət yollanıb.

Kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev və Tural Ağalarzadə (67 kq), Rafael Ağayev və Samir Məmmədov (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov, Orxan Heydərli və Əli Cəfərov (84 kiloqramdan yuxarı), İlahə Qasımova (55 kq) və İrina Zaretska (68 kq) mübarizə aparacaq. Kata çıxışlarına isə Roman Heydərli və Rafiq Əmirov qatılacaq. Onlardan başqa “Karate-1” Premyer Liqasında ilk dəfə fiziki qüsurlu idmançımız Sahib Əhədov tatamiyə çıxacaq.

Dubaydakı nüfuzlu yarışa komanda ilə birgə federasiyanın birinci vitse-prezidenti Rəhman Hətəmov, məşqçilərdən Seymur Hüseynovla Vahid Ayvazov, beynəlxalq hakimlərdən isə Rənad Əliyev də yola düşüb. “Al-Ahli Dubai Open”, həmçinin milli komandamızın mayın əvvəlində Fransada keçiriləcək 51-ci Avropa çempionatından öncə son sınaq yarışıdır.
Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed