09.04.2016 [10:22] - Gündəm, Mədəniyyət
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm sənayesinə nəzarət etmək üçün yeni mexanizm hazırlayır. Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib.
M.Qəhrəmanov bildirib ki, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinə də turizm sahəsində nəzarətin həyata keçirilməsi məsələsi daxil edilib: "Turizm fəaliyyəti üzrə lisenziyaların ləğv olunması o demək deyil ki, Mədəniyyət və Turizm Nazirliyinin turizm sənayesinə nəzarət etmək səlahiyyəti əlindən alınıb. Qanunvericiliyə görə, bu nəzarət var. Sadəcə olaraq, biz indi bununla bağlı yeni mexanizmləri hazırlayırıq".
Sektor müdiri qeyd edib ki, turizm sənayesinə nəzarət etmək üçün bu sahədə hər hansı bir fəaliyyətlə bağlı müəyyən standartların hazırlanması, həmin standartlara müvafiq olaraq, turizm sahəsində uyğunluq sertifikatı və ya şəhadətnamənin verilməsi nəzərdə tutulur.
M.Qəhrəmanov bu sertifikatların verilməsinin yeni qanun layihəsində də öz əksini tapdığını söyləyib: "Biz hotelin qarşısında öz səviyyəsinə uyğun xidmət tələbini qoymaq üçün uyğunluq sertifikatının verilməsi məsələsini aktuallaşdırmışıq".

Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |