Şrift:
Azərbaycan nümayəndə heyəti Astananın 2012-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunması münasibətilə keçiriləcək mərasimə qatılacaq
17.02.2012 [14:11] - Türk dünyası-Turan
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Astana şəhərinin TÜRKSOY tərəfindən 2012-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunması münasibətilə keçiriləcək mərasimə qatılacaq. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, mərasim fevralın 24-də keçiriləcək. Açılışda Qazaxıstan prezidenti Nursultan Nazarbayev və TÜRKSOY-a üzv digər ölkələrin mədəniyyət nazirləri də iştirak edəcək.

İl ərzində Astanada müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 1398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed