Şrift:
S-300 havadan müdafiə sistemlərinin ilk partiyası İrana çatdırılıb
11.04.2016 [13:09] - Gündəm, Bildiriş
Rusiyanın S-300 havadan müdafiə sistemlərinin ilk partiyası İrana çatdırılıb.

TASS xəbər verir ki, bu barədə İranın XİN-in mətbuat katibi Hüseyn Cabiri Ənsari bildirib.

Xatırladaq ki, 2007-ci ildə imzalanmış sazişə əsasən, Rusiya İranı qırx С-300 PMU-1 tipli ZRK ilə təhciz edəcək. Müqavilənin dəyəri 800 milyon dollar təşkil edir. BMT-nin Təhlükəsizlik Şürasının qətnaməsi müqaviləni həyata keçirməyə qadağa qoydu. 2015-ci ilin aprelində Tehran Qərblə ilkin nüvə razılaşması əldə edəndən sonra Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə qadağa aradan götürüldü.

Qeyd edək ki, Vaşinqton və İsrail bu məsələdə narahatlıqlarını ifadə edir və Rusiya-İran razılaşmasını kəskin pisləyir. Əsas narahatlıq ondan ibarətdir ki, İran S-300 raketlərini alarsa, Yaxın Şərqdə əməliyyat aparan təyyarələri çox asanlıqla vura bilər.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed