17.02.2012 [14:42] - Siyasət
“İsrail və İran arasında gizli casus oyunları bu günlər, xüsusilə Azərbaycan, Gürcüstanda və Tailandda baş tutmayan terror planlarından və Hindistanda İsrail diplomatının maşınına hücumdan sonra daha təhlükəli şəkil alıb”.
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu fikirlər Yaxın Şərq Siyasəti Mərkəzinin baş elmi işçisi Bryus Ridelə məxsusdur.
Analitik bildirib ki, İran və onun Livandakı müttəfiqi “Hizbullah” uzun illərdir casus müharibəsi ilə məşğuldur və indi bu oyunlar daha da intensivləşərək geniş münaqişəyə çevrilmək təhlükəsi yaradıb. Analitik İsrail baş nazirinin Azərbaycanda baş tutmayan terror planlarında bu ikilinin əli olması barədə bəyanatını xatırladıb.
“İsrail uzun illər terrorçuların və düşmənin təxribatçı silah proqramlarının məhvi üçün gizli əməliyyatlar keçirib. Casus müharibələri nəzarətdən çıxdığı üçün təhlükəyə çevrilib və real müharibəyə yol aça bilər”.

Bu xəbər oxucular tərəfindən 1499 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |