13.04.2016 [12:17] - Gündəm, DAVAMın yazıları
TQDK-nın ləğv olunduğunu eşidəndə təhsil sistemimizin inkişafında az-çox xidmətləri olan mütəxəssislərdən biri kimi məni çoxdan narahat edən,düşündürən məsələlər haqqında düşüncələrimi oxucularla bölüşdürmək fikrinə düşdüm.
TQDK zəmanə yaratmışdı.TQDK yaradılan vaxtlarda ali məktəblərə qəbulda bir sıra neqativ hallar geniş yayılmışdı.Bu neqativ hallar elə bor bəlaya çevrilmişdi ki,,şəhərin yay günlərinin hərarəti durmadan artırdı.Anarın "Şəhərin yay günləri " əsəri elə-belə yaranmamışdı.O vaxtlar qəbul imtahanlarında müəllim kimi iştirak etmək bir çox nəsnələrlə ilgili idi.
1992-ci ildə TQDK yaradılanda . mən Azərbaycan Milli Elmlər Akademiyasının Bakıdakı 178 nömrəli məktəbindəki TƏBİƏT ELMLƏRİ FAKÜLTƏSİNDƏ müəllim işləyirdim. Fakültənin dekanı kimya elmləri namizədi Elxan Əmirbəyov idi.O,fakültədə dərs demək üçün Elmlər Akademiyasının İnstitutlarından 10-dan artıq elmlər namizədlərini və elmlər doktorlarını məktəbə dəvət etmişdi.Biz qısa bir müddətdə Bakının bir çox məktəblərindən yüksək intellektual səviyyəli şagirdlərin bir qrupunu bir yerə toplaya bildik. Bu müəllimlərdən dördü TQDK-nın seminar rəhbərləri seçildilər.Başqa sözlə,Elxan müəllimin komandası TQDK-nın təcrübə və metodika məktəbi səviyyəsinə çatmışdı.
Fakültənin bütün müəllimləri təhsilin bütün mərhələlərini keçmiş mütəxəssislər idi.
Mənə elə gəlir ki, müəllimin şəxsi nümunəsi şagirdlərin layiqli vətəndaş kimi formalaşmasında əhəmiyyətli rol oynayır. Bəzən bunları deməyə kiminsə dili gəlmir. Bu fikrin qüvvəsi kimi diqqəti bir məsələyə yönəltmək istəyirəm.Ədəbiyyat dərslərində yazdıqları əsərlərdən əvvəlşair və yazıçıların həyatı öyrənilir. Bunu müəllimlərə də şamil etmək lazımdır.
Şəxsən mən həmişə fəxr edirəm ki, orta məktəbdə yaxşı müəllimlərdən yaxşı dərs almışam. .Məktəbi gümüş medalla bitirmişdim.Həkim olmaq istəyirdim. Lakin iki il idi ki,Azərbaycan Tibb İnstitutuna daxil ola bimirdim.Üçüncü il də həkim olmaq fikrimdə israrlı idim.Azərbaycan Dövlət Universitetinin qiyabi şöbələrində qəbul imtahanları tez başladığına görə biliyimi burada sınamaq qərarına gəldim. Dörd imtahandan 17 bal- (4,5,5,3) toplayaraq , ali məktəbə -filologiya fakültəsinin qiyabi şöbəsinə daxil oldum. Zavodda tokar işləyə-işləyə respublikamızın o vaxtkı yeganə universitetini bitirdim.Tokar işləyə-işləyə,istehsalatdan ayrılmadan AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri üzrə qiyabi aspiranturasına daxil oldum, "Ziya" və "Ziyayi-Qafqasiyyə" (1879-1884) qəzetlərinin dili" mövzusunda tədqiqat işi arardım.Azərbaycan KP Nərimanov Rayon Komitəsində müəssisə siyasi maarif kabinetinin müdiri işlədim.Sonralar gördüm ki, o vaxtın siyasi maarifi mənlik deyil. Odur ki,siyasi maarifdən təhsillə ilgili maarifdə işləməyə qərar verdim. Orta məktəb, Ekologiya Liseyi,Kompyuter Kolleci,gimnaziya, ən sonda isə Avropa Azərbaycan Məktəbindəki müəllimlik fəaliyyətim.
Mənim müəllimliyimə ilk ən yüksək qiymət verən ümummilli liderimiz Heydər Əliyev olmuşdur. 18 mart 2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 302 nömrəli FƏRMANI ilə respublikanın 36 müəlliminə Azərbaycan Respublikasının Əəməkdar müəllimi fəxri adı verildi. Onlardan biri də mən idim.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi oldum.
Təvazökarlıq çox pis nəsnədir.Bu fikrin başqa variantını atalar sözlərinin sırasından tapa bilərsiniz. Görülən işlər haqqında hesabat verməyəndə elə bilirlər ki, işdə gün keçirirsən.İnsan öz yaradıcılıq imkanlarını mütləq nümayiş etdirməlidir. Belə nümayiş yoxdursa, deməli, iş də yoxdur.
Mən həmişə o fikirdə olmuşam ki, müəllim tutuquşu yox,əzbərçi yox,yaradıcı olmalıdır.Çox təəssüf ki,məktəblərimizdə hələ də tutuquşu müəllimlərimiz çoxdur.Allah şagirdlərimizi belələrindən qorusun.Abituriyentlərin test üsulu ilə ali məktəblərə qəbul edilməsi əzbərciliyə yol açırdı.Şagirdləri maraqlandıran bir məsələ həmişə gündəmdə idi.Şagirdlər qəbul imtahanlarına aid əlavə materialları qxumaqdan çəkinirdilr. Məncəşagirdləri qısa sorğu-sualla ali məktəblərə qəbul etmək olar.
2016-cı il aprelin 11-də TQDK ləğv olundu. Bu, gözlənilən idi.TQDK ona tapşırılan işləri başa çatdırmışdı. Bundan sonra TQDK-dan xatirələr danışılacaq,onun təhsil sistemindəki rolundan bəlkə də dissertasiyalar yazılacaq.
.
TQDK təhsilimizin müəyyən mərhələsinin tarixidir.Mən çox fəxr edirəm ki,bu tarixin yazılmasında mən də iştirak etmişəm.Bu qurumda Azərbaycan dli və ədəbiyyatı seminarının ilk rəhbəri olmuşam. 22 il bu qurumun Azərbaycan dili fənni üzrə eksperti olmuşam.
TQDK-nın 20 illiyi münasibəti ilə təltif olunduğum Fəxri Fərmanı bu qurumdakı fəaliyyətimin tarixi sənədi kimi oxucularımıza təqdim edirəm.

Bu xəbər oxucular tərəfindən 956 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |