Şrift:
Sambo üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib
13.04.2016 [12:23] - Gündəm, İdman
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında sambo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbirdə çıxış edərək, yarışın keçirilmə məqsədi haqqında idmançılara məlumat verib. Sonra muxtar respublika Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov qaydalar barədə idmançıları məlumatlandırıb.

Birincilikdə 10 çəki dərəcəsi üzrə 45 idmançı mübarizə aparıb. Yarışda Xəyyam Hüseynov, Elməddin Eyvazov, Rza Hümbətov, Sənan Cəfərov, Adəm Heydərov, Fuad Əşrəfli, Əli Əlizadə, Fəxrəddin Rüstəmov, Mətin Məmmədov, Ayaz Vəliyev müvafiq olaraq 26, 29, 32, 35, 38, 42, 46, 50, 58 və 63 kiloqram çəki dərəcələrində birinciliyin qalibi olublar.

Qalib idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 803 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed