13.04.2016 [13:44] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu və bu kimi təkliflərin reallaşması önəmlidir”
Son günlər İrəvan, Xankəndi, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi zərurətini aktuallaşdırmaq, buna psixoloji zəmin hazırlamaq məqsədi ilə bu adda batalyonların yaradılması ilə bağlı təkliflər səslənməkdədir. (http://www.moderator.az/news/131544.html ).
Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyev bu və bu kimi təkliflərə normal yanaşdığını və faydalı hesab etdiyini qeyd etdi:
“Təbii ki, itirlmiş torpaqların adlarını yaddaşlara vermək üçün müəyyən tədbirlərin görülməsi məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə onların hansı ardıcıllıqla azad edilməsi isə bağlıdır. Bu gün proseslər Azərbaycanın son dövrdə itirdiyi topaqların azad edilməsi istiqamətində gedir. Azərbaycan öz strateji hədəfindən yayınmayıb. Mən hesab edirəm ki, bu məqsəd dövlət siyasətinə çevrilib. Çünki ölkə başçısı da bir neçə dəfə öz çıxışlarında bildirib ki, Azərbaycanda ikinci Ermənistan dövləti yarana bilməz, hətta Azərbaycan ərazisində yaradılmış erməni dövləti, indiki Ermənistan da Azərbaycan ərazisidir, İrəvan da Azərbaycan torpağıdır. Hədəf aydındır və dəyişilməyib. Çox sevindirici haldır ki, bu, dövlət siyasətinə çevrilib. Lakin reallıq bundan ibarətdir ki, savaş Şimali Azərbaycan ərazisinin tam ortasında gedir. Bu mərhələdə biz Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə hazır olmalıyıq.
Təbii ki, millətimiz itirilmiş bütün tarixi torpaqlarımızın geri qaytarılmasına köklənməlidir. Buna müvafiq olaraq müəyyən tədbirlər görülməlidir. Qeyd etdiyiniz təkliflər də normal təkliflərdir. Hərbi hissələrə, batalyonlara bu cür adların verilməsi, hərbi istehsalda bu adda məhsulların buraxılması önəmli məsələlərdir. Qeyd etdiyim kimi, bütün bunlar mərhələli şəkildə öz həllini tapmalıdır. Bu gün isə növbə Qarabağ və ətraf rayonlarındır”.
Seymur Əliyev

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |