Şrift:
Davudoğlu: İƏT ölkələri Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməlidirlər
14.04.2016 [16:10] - Gündəm, İslam dini
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləməlidirlər.

"TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, regiondakı son hadisələr tələb edir ki, İƏT ölkələri Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış etsinlər.

Qeyd edək ki, aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Bu xəbər oxucular tərəfindən 917 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed