15.04.2016 [10:41] - Gündəm, İqtisadiyyat
Rumıniyadan Gürcüstan və Azərbaycandan keçməklə Orta Asiya və Çınə, həmçinin əks istiqamətdə yüklərin daşınması məsələsi müzakirə olunub. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstansa limanından keçməklə yük daşımalarının inkişafı ilə bağlı keçirilən üçgünlük dəyirmi masa başa çatıb.
Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolu" SC-nin Baş direktoru Mamuka Baxtadze, "Moldova Dəmir Yolu" DB-nin Baş direktoru Yuri Topale və Rumıniya "CFR Marfa Sa"nın Baş direktoru Laurensiu Cerceskunun başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.
İştirakçılar Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparmışlar.
Tədbirin sonunda tərəflər arasında memorandum imzalanıb.
Bundan başqa Azərbaycan nümayəndə heyəti ilə Rumıniyanın Nəqliyyat Nazirliyinin TRACECA milli katibliyinin Baş katibi Maria Grigore arasında ikitərəfli görüş keçirilib. Aparılan danışıqlar zamanı Azərbaycanın tranzit imkanları, ölkəmizdən keçən nəqliyyat dəhlizləri və onların potensialı, bu sahədə görülən işlər, imzalanan müqavilələr haqda məlumat verilib, Ruminiya ilə bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, Rumıniyanın İran, Orta Asiya və Çınlə ticarət dövriyyəsi kifayət qədər boyükdür: İran İslam Respublikası ilə Rumıniya arasında - 117.2 mln $, Çin ilə Rumıniya arasında - 4 mlrd $, Türkmənistan ilə Rumıniya arasında - 43.5 mln $, Özbəkistan ilə Rumıniya arasında - 26.5 mln $, Qazaxıstan ilə Rumıniya arasında - 3.2 mlrd $, Qırğızıstan ilə Rumıniya arasında - 5.5 mln $, Pakistan ilə Rumıniya arasında - 194.2 mln $, Tacikistan ilə Rumıniya arasında - 836 000 $.
Bu yüklərin, Azərbaycandan keçməklə, daşınması ən əlverışlı yol sayılır. Rumıniya nümayəndələri də bu yola böyük maraq göstəriblər.
Onu da vurgulayaq ki, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi, əlavə yüklərin cəlb olunması istiqamətində, nəqliyyat dəhlizlərinin inkişafı üçün bu vaxta qədər bir çox vacib danışıqlar aparılıb, müqavilələr imzalanıb. Rumıniyanı maraqlandıran Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı istiqamətində təkçə bu ilin 3 ayı ərzində mühüm işlər görülüb. Aprelin 12-də Bakıda Şərq-Qərb Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılıb, martın 15-16-da "Şimal-Cənub" Benəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işçi qrupunun görüşü keçirilib, sənədlər imzalanıb, yanvarın 12-də Bakıda "Şimal-Cənub" Nəqliyyat Dəhlizinə həsr olunmuş Beynəlxalq forum keçirilib. Nəqliyyat dəhlizlərinin iştirakçı dövlətləri, operator şirkətləri ilə müqavilələr imzalanıb, vahid tariflər müəyyən edilib.

Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |