17.02.2012 [17:38] - Siyasi partiyalar
21 Fevral Beynəlxalq Ana dili günüdür. Bu münasibətlə Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Güney Azərbaycan Departamentinin təşəbüsü ilə 21 fevral 2012-ci il tarixində saat 14-00 da “Atatürk Mərkəzi”ndə İranda hakimiyyət tərəfindən qeyri-fars millətlərin öz ana dilərində təhsilə qoyulan qadağa və bu qadağaya qarşı olanların təqib və təziqlərə məruz qalmaları müvzusunda tədbir keçiriləcək.
Tədbirdə MDHP rəhbərliyi ilə yanaşı, Millət Vəkiləri, hüquqşünaslar, dilçi alimlər, ictimai-siyasi xadimlər və Bakıda yaşayan Güney Azərbaycanlı siyasi mühacirlər mövzu ətrafında çıxış edəcəklər.
Xatırladaq ki Yunesko 1999-ci ildən 21-Fevralı beynəlxalq ana dili günü elan edib.
Tədbirin sonunda beynəlxalq insan haqları təşkilatlarına İranda yaşayan qeyri-fars millətlərinin, özəlliklə Azərbaycan türklərinin öz ana dilində təhsil hüququnun bərpa olunması ilə əlaqədar müraciət qəbul olunacaqdır.
Bütün media nümayəndələri dəvətlidir.
Hörmətlə:
MDHP Güney Azərbaycan Departamenti

Bu xəbər oxucular tərəfindən 2401 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |