Şrift:
İran Ermənistanın enerji təhlükəsizliyini təmin edir
17.02.2012 [17:50] - Siyasət
İran Ermənistanın enerji təhlükəsizliyini təmin edir
Yerevanla Tehran arasında enerjidaşıyıcıları sahəsində də əməkdaşlıq genişlənir. «Nyus.am»-a istinadən məlumatına görə, Ermənistanın energetika naziri Armen Movsisyana «İslam Respublikasına tətbiq edilən sanksiyanın İran-Ermənistan enerjidaşıyıcıları kəmərinə təsiri» ilə bağlı sual veriblər. Erməni nazir bildirib: «İranla qarşılıqlı energetika əlaqəsi Ermənistanın energetika təhlükəsizliyinin saxlanılması səviyyəsindədir. Buna görə bizi kiminsə tənqid edəcəyinə inanmıram. Biz alver, sadəcə olaraq, ölkəmizin təhlükəsizliyi məsələsini həll edirik».

O, əlavə edib ki, indiyə kimi İslam Respublikası ilə həyata keçirdiyimiz proqramların heç biri dayanmayıb – nə qaz kəməri, nə dəmiryol proqramı, nə neft məhsulları kəməri, nə də Araz çayı üzərində tikilən Su Elektrik Stansiyası. Nazirin sözlərinə görə, stansiyanın tikintisinə bu ilin ortalarında başlayacaqlar.

Xatırladaq ki, ötən gün Tehran Universitetində Ermənistanın müstəqilliyinin və iki ölkə arasında diplomatik münasibətin qurulmasının 20-ci ildönümü qeyd olunub.

«Novosti Armeniya»nın məlumatında bildirilib ki, bu konfransda Ermənistanın İrandakı səfiri, İran Xarici İşlər Nazirliyinin MDB ölkələri və qonşu dövlətlər üzrə idarəsinin başçısı, Qafqazşünaslıq Araşdırma Mərkəzi və Erməni Məsələsi Mərkəzinin məsulları iştirak edib.

Toplantıya Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan da qatılıb. Konfransda çıxış edən Köçəryan İslam Respublikası ilə ölkəsi arasında qarşılıqlı faydalı, səmərəli layihələrin gerçəkləşdirildiyini vurğulayıb. Onun sözlərinə görə, Yerevanla Tehran çoxtərəfli əməkdaşlığı genişləndirməkdədir.

Görüş iştirakçılarına tədbirin sonunda Ermənistanın Tehrandakı səfirliyinin təmsilçisi Qanrnik Badalyanın «Ermənistan – İran əlaqələri 20 il» adlı kitabı paylanıb.
Bu xəbər oxucular tərəfindən 1244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed