18.04.2016 [13:12] - Gündəm, İqtisadiyyat
Azərbaycanda bəzi kənd təsərürfatı məhsulları və avadanlıqlarının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif edilir.
Vergi Məcəlləsinə müvafiq dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.
Belə ki, damazlıq heyvanların, toxumların, tinglərin, mineral gübrələrin, pestisidlərin, toxumların yetişdirilməsi üçün, eləcə də quşçuluq və arıçılıqda istifadə edilən avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, təmizlik üçün maşınların və s.-in idxalı və satışının ƏDV-dən azad edilməsi təklif edilir.
Bundan başqa, kənd təsərürfatı heyvanları və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq vasitələrinin idxalının, eləcə də suvarma və digər sistemlərin, kənd təsərrüfatında istifadə olunan maşın, avadanlıq və texnikaların idxalı və satışının ƏDV-dən azad edilməsi təklif edilib.
Qeyd edək ki, Azərbaycanda ƏDV-nin dərəcəsi 18 faiz təşkil edir.

Bu xəbər oxucular tərəfindən 656 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |