18.02.2012 [12:07] - Müsahibə
İsrailin beynəlxalq münasibətlər üzrə eksperti və analitiki Arye Qutla müsahibə:
- İsrailin Dehlidə, Banqkokda və Tbilisidəki diplomatik nümayəndəlikləri ilə bağlı bu yaxında baş verən partlayışlarla bağlı nə deyə bilərsiniz?
- Düşünürəm ki, Tailandın paytaxtı Banqkokda baş verən hər iki partlayışda İran molla rejiminin və onun tərəfdarları olan qüvvələrin birbaşa əli var. Bu isə onu sübuta yetirir ki, rəsmi Tehran yenə də dövlət terroru ilə məşğul olmağa davam edir.
Sirr deyil ki, İran İslam Respublikasının rəhbərliyi və onun Livanın “Hizbullah” şiə hərbi təşkilatından olan müttəfiqləri bölgədə və dünyada sabitliyə və əmin-amanlığa böyük təhlükə törətməkdə davam edirlər.
Xatırladaq ki, Banqkokda, iranlı Səid Moradinin yerləşdiyi evdə partlayış baş verib. Evdə onunla bir yerdə olan iki nəfər hadisə yerindən yayınaraq gizləniblər.
S.Moradi də gizlənmək niyyətində olub, lakin yolda saxladığı taksinin sürücüsü qan içində olan Moradini aparmaqdan imtina edib. Polis əməkdaşları Moradini ələ keçirən zaman o, əlindəki qumbaranı mühafizə keşikçilərinin üzərinə atıb, lakin partlayıcı qurğu iranlının yaxınlığında işə düşüb və onun hər iki ayağını qoparıb.
Bununla belə, İran İsrail, bölgə və ümumiyyətlə bütün dünya üçün təhlükə mənbəyi olaraq qalmaqdadır. Bu ölkə dünyada terrorun ən böyük ixracatçısıdır. Təəssüflər olsun ki, uzun illər Qərb bəzi siyasi səbəblərə görə, bu təhlükəni ciddiyə almayıb.
Lakin indi bu məsələ dünya ictimaiyyətinin gündəliyində birinci yerdə dayanır. Bu həm Avropaya, həm ABŞ-a, həm də İran rejiminin regional məqsədlərindən ehtiyat edən ərəb rejimlərinə də aiddir. İranın İraqda, Əfqanıstanda, Bəhreyndə, Yəməndə və Cənubi Amerikadakı hərəkətləri İsrailə qarşı yönəlməyib.
Uzun müddətdir ki, İsrailin təhlükəsizlik orqanları İran kəşfiyyatının, İslam Inqilabı Mühafizəçiləri Korpusunun və “Hizbullah” terrorçularının fəaliyyətinə göz qoyurlar.
Xatırlamaq yerinə düşər ki, sadalanan təşkilatlar 1992-ci və 1994-cü illərdə Argentinada müştərək terror hadisələri həyata keçiriblər. Son dörd il ərzində bu qurumlar İsrail obyektlərinə zərbə endirmək üçün yeni cəhdlərə əl atıblar. Azərbaycanda, Bolqarıstanda, Tailandda, Türkiyədə və bir sıra başqa ölkələrdə terror aktlarının qarşısı alınıb.
Deməyə kifayət qədər əsasımız var ki, Dehlidəki terror aktının və Tbilisidəki terror cəhdinin arxasında da onlar dayanırlar. Yaddan çıxarmaq olmaz ki, iranlılar hətta ABŞ-da Səudiyyə Ərəbistanının səfirinə və İsrailin Azərbaycandakı səfirinə qarşı da sui-qəsd planlaşdırmışdılar.
- Qonşu və dost ölkə olan Azərbaycana qarşı İran Xarici İşlər Nazirliyinin diplomatik notasını necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, sözügedən nota Azərbaycanın İrandakı səfiri Cavanşir Axundova təqdim edilib. Notada deyilir ki, guya Bakı İsrailin İran alimlərinin öldürülməsində əli olan MOSSAD xüsusi xidmət orqanlarının agentləri üçün baza rolunu oynayıb.
Hesab edirəm ki, Azərbaycan özü uzun illərdir ki, terrordan əziyyət çəkən bir ölkədir və öz ərazisində heç zaman terrorçuluq fəaliyyətinin baş verməsinə qətiyyən şərait yaratmaz.
Azərbaycanın səfirinin xarici siyasət idarəsinə çağırılaraq, ona notanın təqdim edilməsi daha əvvəl Azərbaycanın Iranın xüsusi xidmət orqanlarının iştirakı ilə Azərbaycan ərazisində planlaşdırdığı terror hadisəsinin qarşısının alınması ilə bağlı İrana təqdim etdiyi notaya sərt cavab məqsədi daşıyır.
- İranın dost və şiə məzhəbindən olan Azərbaycana qarşı belə qəribə xarici siyasət tədbirlərini necə izah edərdiniz?
- 1992-ci ili yada salaq, o vaxt Ermənistan Azərbaycanla müharibə vəziyyətində və Türkiyə ilə münaqişəli münasibətlərdə idi, bunun da nəticəsində Türkiyə onun ərazisindən keçən bütün dəmir yollarını dörd bir tərəfdən Ermənistanın üzünə bağladı.
Şimal qonşusu olan Gürcüstan öz daxili problemlərinin: vətəndaş müharibəsinin və Abxaziya və Cənubi Osetiyada gedən hərbi əməliyyatların məngənəsində çırpınmaqda idi. Nəticədə Ermənistanı Rusiya ilə birləşdirən Transqafqaz dəmir yolunun Abxaziya hissəsi tamamilə bağlandı. Məhz belə bir şəraitdə Ermənistanla İran arasında diplomatik münasibətlər geniş təşəkkül tapmağa başladı.
Bu faktı da şübhə altına almaq olmaz ki, əgər Tehranın bölgədə “balanslaşdırılmış”siyasəti olmasaydı, Ermənistan müqayisəyəgəlməz çətinliklərin və problemlərin içində boğulacaqdı.
Məhz tarixin belə bir çətin dövründə İranla 42 kilometrlik müştərək sərhəd imkanı Ermənistanın xarici aləmə yeganə çıxış yolu və sabit əlaqə vasitəsi oldu. İrəvanı İran gömrüyü ilə birləşdirən 400 km-lik tras qeyri-rəsmi olaraq “Həyat yolu” adını aldı.
Ermənistanın xarici aləmə sabit şəkildə çıxışında Araz çayının sərhədyanı hissəsində tikilən körpünün böyük əhəmiyyəti oldu. Tikinti işləri hələ 1994-cü ildən başlamışdı, həmin vaxt Azərbaycan əraziləri işğal edilmişdi, İran Ayətullahları və generalları isə ermənilər tərəfindən Azərbaycan şəhərlərinin və kəndlərinin darmadağın edilməsinə və doğma müsəlman qardaşlarının qətlə yetirilməsinə göz yumurdular.
Bu mühüm kommunikasiya dəhlizinin 1996-cı ildə açılması həmin ölkələr arasında ilk böyük və müştərək halda həyata keçirilən layihə oldu.
- Elə çıxır ki, bu gün Ermənistan İranın çox mühüm iqtisadi və siyasi tərəfdaşıdır?
- Bu bir faktdır ki, Ermənistan İranın Cənubi Qafqazda yeganə strateji tərəfdaşı hesab olunur. İranla əlaqələrin əhəmiyyəti Ermənistana ilk növbədə Gürcüstan ərazisindən keçməklə Rusiyadan gələn enerji təchizatından asılılığa son qoymaq perspektivini diqtə edir.
Hazırda bu məsələ rəsmi İrəvanın nəzərində ən prioritet məsələlərdən biridir. İran ərazisindən Ermənistanı xarici aləmlə birləşdirən nəqliyyat marşrutları keçir. Azərbaycan və Türkiyə tərəfindən iqtisadi və nəqliyyat təcridi şəraitində İranın Asiya və Yaxın Şərqə strateji cəhətdən mühüm çıxışı təmin edən ölkə kimi rolu böyükdür.
- İran İslam Respublikası regional məsələlərdə Azərbaycanla nə dərəcədə həmrəydir?
- İlk baxışdan İranın bu mövqeyi qəribə görünür, xüsusilə də İranda qohum olduqları sünni türklərdən fərqli olaraq dini cəhətdən iranlılara yaxın olan təqribən 35 milyon azərbaycanlının yaşadığını nəzərə alanda.
Lakin İran-erməni münasibətlərinin məntiqini başa düşmək üçün İranın bir sıra səbəblərdən Azərbaycanın mövqeyinin güclənməsində maraqlı olmadığını nəzərə almaq lazımdır.
Rəsmi Tehranın milli təhlükəsizlik və ərazi bütövlüyü ilə bağlı çox konkret məqsədi var: müstəqil Azərbaycanın güclənməsinə yol verməmək. Tehranın Dağlıq Qarabağ münaqişəsi üzrə sülhməramlı missiya mövqeyindən çıxış etdiyi 1992-ci ili xatırlamaq yerinə düşər.
Lakin bütün bunların nə ilə nəticələndiyini və ermənilərin İrana nə üçün minnətdar olduqları məlum məsələdir. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Tehranda səfərdə olanda ermənilər Şuşanı, ardınca isə Laçını işğal etməklə Qarabağı Ermənistanla əlaqələndirən dəhlizi ələ keçirdilər. Yəni elə bir vəziyyət yaradıldı ki, Ermənistanın artıq heç kimin vasitəçilik xidmətlərinə ehtiyac duymurdu.
İrana gəldikdə isə, o bu missiyanı həyata keçirilmiş hesab etdi. Bu o deməkdir ki, Tehran Ermənistanla Azərbaycan arasında seçim etməli olduğu zaman İranın o zamankı və indiki rəhbərliyi Ermənistanın xeyrinə qərar qəbul etdi. Ardınca isə İran Türkiyənin 1993-cü ildə erməni silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsindən sonra Ermənistana qarşı tətbiq etdiyi blokadaya qoşulmadı.
Bu təcrid Ermənistan dövlətinin onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırardı, ölkədə böhrana gətirib çıxarardı, Ermənistanı daha yumşaq və üzüyola edərdi. Lakin, görünür, bu ssenari İranı qane etmədi. Bunun əvəzində Tehran nəinki iki müsəlman qardaşına qoşulmadı və blokada tətbiq etmədi, hətta öz liman və yollarını Ermənistanın təchizatı üçün açdı ki, bu da sonuncuya işğal olunmuş Dağlıq Qarabağı öz nəzarəti altında saxlamasına imkan yaratdı.
Qeyd etmək lazımdır ki, Xəzər dənizinin bölünməsinə dair məsələ də daxil olmaqla bir çox geosiyasi problemlər üzrə ciddi fikir ayrılığı olan Azərbaycandan fərqli olaraq Ermənistan və İran arasında isti və etibarlı münasibət yarandı.
Bununla əlaqədar olaraq Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 2002-ci ilin mayında İrana səfərini xatırlamaq yerinə düşər. Azərbaycan lideri o zaman İranı Ermənistanın işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı apardığı siyasətinə qarşı çıxmağa çağırdı və İranın sabiq prezidenti Məhəmməd Xatəmi buna belə cavab verdi: “Ermənistan İsrail deyil, azərbaycanlılar da fələstinli”.
İranın mola rejiminin əsl Realpolitik-i bax budur. Rəsmi Tehran bütün dünyada “məzlum və əzilən müsəlmanlar”ı müdafiə edir. Burada isə, ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunan və 1 milyona yaxın müsəlman qaçqını olan müsəlman Azərbaycanı ilə 600 km-li sərhədi olduğu halda təcavüzkar dövlət ilə münasibətləri inkişaf etdirir.
Sual yaranır: İranın siyasi təbəqəsi və rəhbərliyi müsəlman Azərbaycanının 20 faiz torpaqlarını işğal edən və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistandan işğal olunmuş Azərbaycan torpaqlarının boşaldılmasını tələb edən 4 qətnaməyə məhəl qoymayan Ermənistanı nə üçün pisləmədi?
İndi burada lord Palmerstonun (XİN rəhbəri, sonra isə XIX əsrin ortalarında Böyük Britaniyanın baş naziri - red.) dahiyanə sözlərini necə xatırlamamaq olar: “Bizim nə daimi düşmənimiz var, nə də daimi dostumuz, bizim yalnız daimi maraqlarımız var”. Təəssüf ki, bu, bu gün beynəlxalq münasibətlərin sərt reallığıdır və Azərbaycan bunu anlamalı və dərk etməlidir.
Əkbər Həsənov

Bu xəbər oxucular tərəfindən 1806 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |