20.04.2016 [10:40] - Gündəm, Sosial
Stokholmda Beynəlxalq Sosial Müdafiə Assosiasiyasının və İsveç Pensiya Agentliyinin birgə təşkilatçılığı ilə “Avropa regional sosial forumu” keçirilir.
Avropa ölkələrindən 300-dən çox qonağın etdiyi forumda dünyada iqtisadi böhran, işsizlik, demoqrafik problemlər və yeni texnologiyalara dair müzakirələr aparılır. Beynəlxalq tədbirdə Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun İT Departamentinin rəhbəri Sabir Qocayev təmsil edir.
Sessiyalarda və görüşlərdə Avropa ölkələrində həyata keçirilən uğurlu layihələr haqqında məlumatlar verilib və təcrübə mübadiləsi aparılıb.
Forumda Azərbaycanda ƏƏSMN tərəfindən uğurla tətbiq olunan “Call Center vasitəsilə avtomatlaşdırılmış pensiya təyini sistemi”nin təqdimatı keçirilib. Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial təminat sahəsində də islahatların aparıldığını qeyd edən Sabir Qocayev bildirib ki, yeni texnologiyaların istifadəsi ölkəmizdə pensiya təminatı sisteminin daha səmərəli şəkildə işləməsinə müsbət təsir göstərir, ləngimələri və bürokratiya hallarını aradan qaldırır və bunun nəticəsində vətəndaşlara daha yüksək keyfiyyətli xidmət göstərilir.
Elektron dövlət layihəsinin ölkəmizdə prioritet olduğunu nəzərə çatdıran Sabir Qocayev onun tərkib hissəsi kimi “Call Center vasitəsilə avtomatlaşdırılmış pensiya təyini sistemi”nin özəllikləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edilib ki, proqramın işə salınması ilə insanların bir neçə dövlət qurumundan lazimi sənədləri toplamasına ehtiyac qalmayıb. Belə ki, həyata keçirilən böyük həcmli iş nəticəsində bütün şəxsi məlumatların yığıldığı elektron məlumat bazası yaradılıb. Bazada hər bir vətəndaşın əmək fəaliyyəti illərində toplanan pensiya əmanətlərinin fərdi uçotu aparılır və bu məlumatlar adi telefon zəngi və ya internet vasitəsilə əldə edilir. Bu sistemin gələcəkdə digər sahələrdə də istifadə olunmasının nəzərdə tutulduğunu deyən departament rəhbəri Azərbaycanın öz uğurlu təcrübəsini digər ölkələrlə bölüşməyə hazır olduğunu qeyd edib.
Pensiyaların verilməsində Azərbaycan təcrübəsi böyük maraq doğurub. Tədbirin sonunda ƏƏSMN-in həyata keçirdiyi digər layihələrlə bağlı qonaqları maraqlandıran suallar cavablandırılıb.

Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |