20.04.2016 [11:14] - Xəbərlər, Gənclik
Aparılan ilkin monitorinqin nəticəsi onu göstərdi ki, yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış "Riyaziyyat", "Həyat bilgisi", "İngilis dili", "Azərbaycan dili" və "Ədəbiyyat" dərsliklərində məzmun, dil və yazı üslubu, dizayn, bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından qüsurlar daha çoxdur.
Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Afiqə Batıyeva deyib.
Onun sözlərinə görə, qüsurlar əsas etibarı ilə standartların siniflər üzrə bölgüsündə şagirdlərin yaş xüsusiyyətlərinin bəzi hallarda nəzərə alınmaması, standartlarda nəzərdə tutulmayan mövzu və anlayışlardan istifadə edilməsi, terminlərin yerində düzgün işlədilməməsi, izahların natamamlığı, mətnlərin seçilməsi, tapşırıqların forması və məzmunu ilə bağlıdır.
Dərsliklərin monitorinqi zamanı aşkarlanmış nöqsanların Təhsil Nazirliyi tərəfindən həmin fənn üzrə yeni dərsliklər çap edilərkən nəzərə alınıb-alınmamasına gəldikdə, A.Batıyeva deyib ki, 2012-ci ildən indiyədək II, III, IV və VI siniflər üzrə dərslik komplektləri təkrar nəşr edilib.
Onun sözlərinə görə, təkrar monitorinq onu göstərir ki, ilkin monitorinq zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış yekun rəylərdə göstərilən irad və təkliflərin xeyli hissəsi təkrar nəşrlərdə nəzərə alınıb. Lakin bəzən düzəlişlər zamanı yeni səhvlərə də yol verilir.
TQDK-ya 2012-ci ildən ümumtəhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vəsaitlərinin elmi-metodiki monitorinqinin aparılması vəzifəsinin həvalə olunduğunu deyən A.Batıyeva əlavə edib ki, ölkədə tətbiq olunan dərslik siyasətinə görə dərsliklər 4 ildən bir tam tirajla yenidən nəşr olunur: "Bu səbəbdən də monitorinq nəticəsində bildirilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün deyil. Bununla bağlı dərsliklərdə mövcud olan problemlərin həllində müəllimlərə kömək məqsədilə elektron "Dərslik portalı" yaradıldı və yekun rəylər artıq orada da yerləşdirilir. Bu vaxtadək "Dərslik portalı"ndan 1148511 nəfər istifadə etmiş, 2207 nəfər qeydiyyatdan keçərək, qeyd və təkliflərini bildirmişdir. Portalda yerləşdirilmiş rəylərlə bağlı sorğuları isə mütəmadi olaraq dərslik müəllifləri və dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər cavablandırır".
A.Batıyeva qeyd edib ki, 2012-2016-cı illər ərzində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 388 dərsliyin, müəllimlər üçün 242 metodik vəsaitin monitorinqi aparılıb: "Yekun rəylər Təhsil Nazirliyinə göndərilib və "Dərslik portalı"nda yerləşdirilib. Monitorinq 2 yönümdə - yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış I-VIII və qüvvədə olan ənənəvi tədris proqramları əsasında tərtib olunmuş IX-XI sinif dərslikləri üzrə aparılıb. Hər bir dərslik, dərs vəsaiti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki cəhətdən məzmuna uyğunluğu, müəllim üçün metodik vəsaitin məzmunu baxımından təhlil olunub".

Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |