21.04.2016 [12:42] - Xəbərlər, Siyasi partiyalar, Fotolent, Fərəc Quliyev
Dünən- 20.04.2016 tarixində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə 5-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə məhəlli görüş keçiriblər. Onları rayonun əksər dövlət təşkilatları və bələdiyyə üzvləri müşaiyət ediblər. Görüşdə sakinlərin şəxsi və məhəlli problemləri dinlənilib, ərazidə olan problemlərə baxış keçirilib. Həlli mümkün problemlər baxılması üçün müvafiq dövlət təşkilatlarının nümayəndələri və millət vəkilinin köməkçisi tərəfindən qeydə alınıb.
Daha sonra məllət vəkili Fərəc Quliyev sakinlərə bildirdi ki, Parlament seçkilərində ona göstərdikləri etimadı doğrultmaq üçün seçicilərin bütün problemlərinin həlli ilə məşğul olmaq məqsədiylə sistematik olaraq hər həftə bir ərazidə məhəlli görüşlər keçirilir, problemlərlə yerində tanış olunaraq tərəfimizdən lazımı addımlar atılır. Bundan əlavə, rayon ərazisində deputat qərargahının fəaliyyət göstərdiyini və bütün seçicilərin müntəzəm şəkildə qəbul edilərək dinlənilməsini bildirən millət vəkili qeyd etdi ki, tərəfimizdən qeydə alınmış problemlərə cavabdeh orqanlar cəlb edilir. Fərəc Quliyev icra başçısının özünün bu gün ərazilərdə olaraq qaldırılan problemlərlə birbaşa tanış olmasını olduqca təqdirəlayiq hal kimi qiymətləndirdi.
Görüşün sonunda sakinlərlə milli və dövlət maraqları naminə birlik nümayiş etdirmək istiqamətində söhbət aparıldı. Millət vəkili və icra başçısı ayrı ayrılıqda camaatı təxribatçı, bölücü və separatizmi yayan cərəyanlara uymamağa və onlara qarşı mübarizə aparmağa çağırdılar.
MDHP Metbuat Xidmeti

Bu xəbər oxucular tərəfindən 8165 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |