23.04.2016 [09:54] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Azərbaycanın görkəmli alimlərindən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun Onomastika şöbəsinin müdiri Adil Bağırovun vəfatıyla bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Azərbaycanın görkəmli alimlərindən olan Adil Bağırovun dünyasını dəyişməsi xalqımız üçün ağır itkidir. Adil Bağırov Azərbaycan dil və ədabiyyatına böyük töhvələr vermiş bir alimdir. Eyni zamanda Adil Bağırov ziyalı kimi də cəmiyyətin inkişafında xidmətləri olmuş bir şəxsiyyətdir. Onun vəfatı bizi dərindən sarsıtdı. Şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından Azərbaycan elminə üz vermiş bu ağır itkiylə bağlı xalqa və mərhumun doğmalarına dərin hüzünlə başsağlığı verir, üzgünlük və kədirimizi ifadə edirik. Azərbaycan elminin görkəmli simalarından və parlaq ziyalılardan olan Adil Bağırova Allahdan rəhmət diləyirik. Ruhu şad, məkanı Cənnət olsun!”
MDHP Metbuat Xidmeti

Bu xəbər oxucular tərəfindən 1207 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |