23.04.2016 [01:09] - Xəbərlər, Bildiriş
Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olan igid döyüşçü, kəşfiyyatçı, “Azərbaycan Bayrağı” ordenli Nazim Abdullayevin xatirəsi anılıb.
Cəsur kəşfiyyatçının ikinci Fəxri xiyabandakı məzarını ziyarət edən tədbir iştirakçıları onun qısa, lakin şərəfli həyat yolundan, Vətənin müdafiəsi uğrunda göstərdiyi şücaətlərdən söz açıblar.
Qeyd edilib ki, 1967-ci ildə Laçında doğulan Nazim Abdullayev orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, 1992-ci ildə Bakı Neft-Kimya Texnikumunda təhsilini yarımçıq qoyaraq ordu sıralarına, daha sonra Laçın rayon polis batalyonuna daxil olub, silaha sarılaraq Vətənin müdafiəsinə qalxıb. Cəsur kəşfiyyatçı Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Nazim Abdullayev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. O, 1994-cü il aprelin 21-də Füzuli rayonu ərazisindəki Lələtəpə yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə yoldaşlarının mühasirədən çıxması üçün canını fəda edib və qəhrəmancasına həlak olub.
Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov və digərləri çıxışlarında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildiriblər. Çıxışlarda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsinin Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıblar.

Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |