05.10.2011 [13:17] - Gündəm
Beynəlxalq konsorsiumların Xəzər dənizində yerləşən «Şahdəniz» yatağında hasil olunan təbii qazın Avropaya nəqli ilə bağlı Azərbaycana təqdim etdiyi təkliflərə baxılır.
Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda təqdim olunmuş təkliflərlə əlaqədar dəyərləndirmə işləri aparılır: «Bu işlər təxminən 15-20 gün çəkəcək».
Qeyd edək ki, «Şahdəniz» yatağının işlənməsinin ikinci fazası çərçivəsində Azərbaycan qazının Avropaya nəqlinə dair təkliflərin qəbulu oktyabrın 1-də başa çatıb. «Nabucco» konsorsiumu, ITGI (Interconnector Turkey-Greece-Italy) qaz kəməri layihəsinin reallaşdırılmasına məsul olan «IGI Poseidon» şirkəti və TAP layihəsi (TransAdriatic Pipeline - TransAdriatik qaz kəməri) «Şahdəniz» qazının Avropaya nəqli üçün Azərbaycana təklif təqdim edib. Qalib şirkətin adı bu ilin sonunadək açıqlanacaq.

Bu xəbər oxucular tərəfindən 1132 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |