Şrift:
ABŞ-da Ermənistanın 1915-ci il hadisələri ilə bağlı bəyanatlarına qarşı yürüş keçirilib
25.04.2016 [10:03] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
ABŞ-da Ermənistanın qondarma "erməni soyqırımı" haqqında bəyanatları əleyhinə Türkiyəyə dəstək olaraq yürüş təşkil olunub.

Anadolu agentliyinin verdiyi məlumata əsasən, Vaşınqtonda Ağ evdən start götürən yürüşdə müxtəlif ölkələrdən minlərlə insan iştirak edib. "Sülh və birlik marşı" adlı yürüş Türkiyə-ABŞ Milli Komitəsi tərəfindən təşkil olunmuşdur.

Qeyd olunur ki, yürüşdə Azərbaycan, Əfqanıstan, Banqladeş, Qırğızıstan, İraq, BƏƏ, Pakistan, Türkmənistan və s. kimi ölkələrin vətəndaşları iştirak edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırımı" törədib. Ermənilər dünya ölkələrində bu qondarma erməni "soyqırımın" təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentləri tərəfindən onun tanınmasına nail olublar.

Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan bu təklifə məhəl qoymur.
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed