Şrift:
Trend BİA-nın Xocalı soyqırımına dair çəkdiyi filmin Ukraynanın Nikolayev şəhərində təqdimatı olub (FOTO)
18.02.2012 [13:43] - Gündəm
İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada elan olunmuş "Xocalı ayı" çərçivəsində Nikolayev şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyindən şənbə günü bildiriblər ki, anım mərasimində Trend Beynəlxalq İnformasiya Agentliyinin çəkdiyi "Sözün bitdiyi zaman" filminə baxmaqla ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım və işğalçılıq siyasəti ilə tanış olublar.
Filmə baxdıqdan sonra çıxış edən Nikolayev administrasiyasının nümayəndəsi İlona Karendo, Nikolayev vilayətindəki rus icmasının sədri Tamara Belova, bolqar cəmiyyətinin sədri Denis Jelo və bir sıra xalqların diaspor rəhbərləri ermənilərin Xocalı şəhərində dinc əhaliyə, xüsusən də uşaqlara, qadınlara və yaşlı insanlara qarşı törətdikləri vəhşilikləri bir xalqa və millətə qarşı yönəlmiş əsl soyqırım siyasəti adlandırıblar. Beynəlxalq təşkilatları və dünya birliyini belə bir bəşəri cinayətə hüquqi, siyasi qiymət verməyə səsləyiblər.
Tədbirdə çıxış edən Nikolayev Vilayətində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin sədr müavini Yunus Əliyev ermənilərin son iki əsrdə Azərbaycanın tarixi ərazilərində həyata keçirdikləri soyqırım, deportasiya və işğalçılıq siyasəti haqqında ətraflı məlumat verib.
Anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin baş katibi Ayaz Salmanov, Birliyin Nikolayev təşkilatının sədri Xəyyam Dünyamalızadə və digər soydaşlarımız çıxış edərək 20 il bundan öncə ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım aktına görə tarix qarşısında cavab verəcəklərinə əminliklərini bildiriblər.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.


Trend BİA-nın Xocalı soyqırımına dair çəkdiyi filmin Ukraynanın Nikolayev şəhərində təqdimatı olub (FOTO)









Trend BİA-nın Xocalı soyqırımına dair çəkdiyi filmin Ukraynanın Nikolayev şəhərində təqdimatı olub (FOTO)














Trend BİA-nın Xocalı soyqırımına dair çəkdiyi filmin Ukraynanın Nikolayev şəhərində təqdimatı olub (FOTO)















Trend BİA-nın Xocalı soyqırımına dair çəkdiyi filmin Ukraynanın Nikolayev şəhərində təqdimatı olub (FOTO)
















Trend BİA-nın Xocalı soyqırımına dair çəkdiyi filmin Ukraynanın Nikolayev şəhərində təqdimatı olub (FOTO)






















Trend BİA-nın Xocalı soyqırımına dair çəkdiyi filmin Ukraynanın Nikolayev şəhərində təqdimatı olub (FOTO)
Bu xəbər oxucular tərəfindən 1142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed