18.02.2012 [15:58] - Güney Azərbaycan xəbərləri
Parlamentin foyesində Xocalı faciəsini özündə əks etdirən foto və sənədlərdən ibarət sərgi təşkil olunacaq
Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Milli Məclisdə (MM) keçiriləcək xüsusi iclasın tarixi məlum olub. MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, xüsusi iclas fevralın 24-də keçiriləcək. O bildirib ki, hazırda MM-də xüsusi iclasla bağlı hazırlıq işləri görülür. İclasda Xocalı soyqırımının dünyada tanıtdırılması ilə bağlı müzakirələr olacaq, həmçinin sənəd və qərarlar qəbul ediləcək.
A. Təvəkküloğlu bildirib ki, MM əməkdaşları tərəfindən Xocalı soyqırımını özündə əks etdirən qısametrajlı film də hazırlanıb. Həmin film də parlamentin xüsusi iclasında nümayiş etdiriləcək.
Bundan başqa parlamentin foyesində Xocalı faciəsini özündə əks etdirən foto və sənədlərdən ibarət sərgi təşkil olunacaq.

Bu xəbər oxucular tərəfindən 1263 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |