28.04.2016 [07:44] - Gündəm, Sosial
Bərdə rayonunda tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilir. Bərdə şəhəri ilə yanaşı rayonun kəndlərində də abadlıq işləri aparılır, infrastruktur yaxşılaşdırılır.
Rayon icra hakimiyyətindən bildiriblər ki, cari ildə Əyricə kənd yolunun Tərtər çayı üzərindəki körpü istifadəyə verilib, Kərimbəyli kəndinin 7,4 kilometr daxili yolları, Arabaçılar və Hacılar kəndlərində 6,6 kilometr su şəbəkəsi əsaslı təmir edilib, 2 ədəd su çəni quraşdırılıb, 22 ədəd bulaq tikilib. Sərkarlar kənd qəbiristanlığı abadlaşdırılıb.
Yeni Əyricə-Əyricə kəndlərarası yolun 1 kilometr hissəsi asfalt-beton örtüyü ilə tikilib, yerli əhəmiyyətli yollarda 4236 kvadratmetr dağılmış asfalt-beton örtüyü bərpa edilib. Rayonun 13 kəndində 41,2 kilometr daxili yollar qum-çınqılla təmir olunub, ərazidə 420 ədəd ağac əkilib, 11,2 kilometr təsərrüfatdaxili və 0,4 kilometr baş arxlar lildən təmizlənib. Əliyanlı kəndində içməli su üçün bir ədəd artezian quyusu qazılıb.
128,1 kilometr müxtəlif diametrli qaz xətləri çəkilərək, 6 kənd qazlaşdırılıb, Əmirli, Dəymədağıldı kəndlərinin, Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkəsi yenidən qurulub.
Hazırda rayonun 3 kəndi qazlaşdırılır, 7 kəndin elektrik şəbəkələri yenidən qurulur. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən on beş min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolun tikintisi davam etdirilir.
Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Qazaxlar kəndində süd qəbulu məntəqəsi tikilir. Mollaəhmədli kəndində daxili yolların, Qəhrəmanlı kəndində içməli su şəbəkəsinin əsaslı təmiri, Şirvanlı kəndində suvarma kanalının lildən təmizlənməsi üçün hazırlıq işləri aparılır.

Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |