29.04.2016 [13:24] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Sərdar Cəlaloğlunun qardaşı, Ermənistan-Azərbaycan müharibəsi qazisi, Şəhid mayor Rasim Məmmədovun atası Əbdül Məmmədovun vəfatıyla bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Əbdül Məmmədov əvvəlcə bir müharibə veteranı kimi xalqın dəyərli övladı idi. O həm bir döyüşçü, həm də bir insan kimi həmişə hörmətlə yanaşılan bir şəxs olub. Döyüşlərdə aldığı yaradan əziyyət çəkməsinə baxmayaraq, öz övladlarına da Vətən üçün yaşamağı öyrədən Əbdül bəyin oğlu mayor Rasim Məmmədov Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid oldu. Övladının Şəhidlik zirvəsinə ucalmasından çox keçməmiş, Əbdül bəyi də itirdik. Bu itkiylə bağlı mərhumun qardaşları Sərdar Cəlaloğlu və Qurban Məmmədovun timsalında mərhumun bütün doğma və yaxınlarına dərin hüzünlə başsağlığı verir, Allahdan səbir diləyirəm. Allah mərhuma rəhmət eləsin. Yeri Cənnət, ruhu şad olsun!
Dərin hüzünlə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev”

Bu xəbər oxucular tərəfindən 962 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |