29.04.2016 [15:34] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev Milli Məclisdə partiya sədrlərinə çağırış etdi
“Sarkisyanın çox böyük yanlışlıqla, səhv ilə bu etirafını biz gerçəkdə istifadə etməyi bacarmalıyıq.”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bu gün Milli Məclisin iclasındakı çıxışında Ermənistan prezidenti S.Sarkisyanın Qarabağ müharibəsi ilə bağlı aparılan damışıqları dayandırması və şərtlər irəli sürmasinə münasibət bildirərək, bu cür yanaşmaya beynəlxalq qiymətin verilməsi üçün təkliflər irəli sürüb.
Partiya sədri Milli Məclisdə təmsil olunan partiyalara da çağırış edərək onları da bu məsələylə bağlı ortaya mövqe qoymağa səsləyib.
Fərəc Quliyevin həmin çıxışının tam mətnini və audiosunu təqdim edirik:
“Çox sağolun, hörmətli sədr!
Mən tamamən sizin o fikirləri bölüşürəm və həm də bir məsələyə münasibət bildirmək istəyirəm. Məlum olduğu kimi, Sarkisyanın son vaxtlar artıq danışıqlardan imtina etməsi və danışıqların bərpası üçün üç şərt irəli sürməsi artıq rəsmən elan olundu. Ermənistan parlamentinin vitse-spikeri mətbuatda da bu şərtləri bildirdi ki insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi şərti qoyulur, ünvanlı bəyanatlar və Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqresiyaya əl atmayacağına dair zəmanət istənilir. Ermənistan tərəfinin bu mövqeyi danışıqlardan imtina eləmək və 94-cü ildə razılaşdırılan son atəşkəsdən sonrakı müddətdə tərəflər arasında beynəlxalq vasitəçilərin də müəyyən qədər detalları cilalamağa çalışdığı bir vaxtda bu qədər müddətdəki bütün məsələlərin üstündən xətt çəkmək deməkdir. Bu Ermənistan tərəfinin BMT-yə və bütün beynəlxalq qurumlara hörmətsizliyi deməkdir. Mən təklif edirəm ki, bütün bizim həm parlamentlərarası dostluq qrupları, həm parlamentin özü, BMT də, bütün beynəlxalq təsisatlar da bu son məsələ ilə bağlı münasibət bildirməlidir ki, ermənilərin qoyduqları bu məsələlərə BMT-nin 4 qətnaməsində açıq-aydın münasibət vardır. Çünki, insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiqedilməsi ilə bağlı BMT-nin dörd qətnaməsində açıq şəkildə göstərilib. Bununla bağlı Ermənistana ünvanlı bəyanat var. Bəyanatda Ermənistanın ünvanına göstərilib ki, Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərini tərk eləməlidir. Azərbaycan da bunu təklif edir. Üçüncü şərtləri isə Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qarşı aqressiyanın artmayacağına zəmanət istəməsidi. Qarabağın istər aran, istəyir də dağlıq ərazisində yaşayan erməni əsilli azərbaycanlılardan bir neçə dəfə çox azərbaycanlılar Azərbaycanın digər ərazilərinə qovulmuşdur və Azərbaycan hökuməti onları bağrına basıb saxlayır. Dəfələrlə də bəyan edibdir ki, Ermənistan işğalçı qüvvəsi ordan çıxandan və Azərbaycan Konstitusiyasının qüvvəsi orda bərpa olunandan sonra Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıların bütün hüquqlarını da təmin eləməyə hazırdır. Mən hesab edirəm ki, bu tərkibdə dediyim məsələlərlə bağlı və daha da genişlənmiş şəkildə parlament tərəfindən, müxtəlif deputatlar tərəfindən və dostluq qrupu tərəfindən bütün hər yerə məlumatlar və məktublar göndərmək lazımdır.
Mən keçən dönəmdə 97 Avropa Parlamenti üzvünə, Ketrin Eştona və başqalarına geniş məktublar göndərmişdim. Yenə də mən partiya sədri kimi müvafiq müraciətlər göndərməyə hazıram. Bütün burda təmsil olunan partiya sədrləri də öz partiyalarının mövqeyi olaraq bu məsələləri qoymaları lazımdır. Sarkisyanın çox böyük yanlışlıqla, səhv ilə bu etirafını biz gerçəkdə istifadə etməyi bacarmalıyıq.
Təşəkkür edirəm”

Bu xəbər oxucular tərəfindən 1126 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |