30.04.2016 [11:25] - Güney Azərbaycan xəbərləri, İdman, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandasının 7 günlük proqramı bəlli olub.
Azərbaycan komandası Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə cavab görüşündə qarşılaşacaq. Bu məqsədlə “Traxtur” komandası bazar günü Tehrana, oradan isə Oman ölkəsinə səfər edəcək.
Mayın 13-də keçiriləcək qarşılaşma Asiya Futbol Konfederasiyasının (AFK) qərarı əsasında Oman ölkəsində baş tutacaq. Bu barədə AFK Asiya Çempionlar Liqasında İran və Səudiyyə Ərəbistanı komandalarının neytral meydanda qarşılaşmasına dair qərar çıxarmışdır.
“Traxtur” komandası yarışların növbəti mərhələsinə vəsiqə qarzandığı üçün sözü gedən qarşılaşma sadəcə formal xarakter daşıyır.
Azərbaycan komandasının üzvləri mayın 5-də Omandan paytaxt Tehrana qayıdacaq. Onlar 3 gün Tehranda qaldıqdan sonra bazar günü super liqa yarışları çərçivəsində “İstiqlal” komandası ilə qarşılaşıb, sonra Təbrizə dönəcəklər.

Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |