Şrift:
Hacıqabulda qanvermə aksiyası keçirilib
19.02.2012 [01:16] - Sağlıq
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hacıqabulda Səhiyyə Nazirliyi və rayon icra hakimiyyəti tərəfindən qanvermə aksiyası keçirilib. Bu barədə Mil-Muğan bürosuna rayon Mərkəzi Xəstəxanasının baş həkimi Beydulla Qarayev məlumat verib.
Onun dediyinə görə, günün axırınadək davam edən aksiyada 400 nəfərdən çox adam könüllü olaraq qan verib.
Aksiyada idarə, müəssisə və təşkilatlarını nümayəndələri iştirak ediblər. Aksiyada könüllü iştirak edənlər müayinədən keçdikdən sonra qan veriblər. Aksiya çərçivəsində yığılan qanlar Hemotologiya İnstitutunun qan bankına göndərilib. Həmin qan hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkənlərə köçürüləcək.
Bu xəbər oxucular tərəfindən 1476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed