30.04.2016 [14:36] - Gündəm, DAVAMın yazıları
Dünyada baş verən hadisələrin məhz Azərbaycanda keçirilən tədbirdə müzakirəsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı. Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev "Baku Network" ekspert qrupunun aprelin 25-27-də Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş müzakirələrində deyib.
A.Nağıyev bildirib ki, Azərbaycan bu gün dünyaya sülh çağırışı edən bir ölkədir və bütün dünyaya bunu göstərir.
O, qeyd edib ki, forumda dünya üçün aktuallıq kəsb edən məsələlər müzakirə olundu: "Forumun əsas mövzularından biri dünya üçün mühüm aktuallıq kəsb edən terrora qarşı mübarizə idi. Forumda, həmçinin gənclər siyasəti, inklüziv cəmiyyətdə yaşamaq mümkünlüyü kimi mühüm məsələlər müzakirə edildi. Forumda problemlərin sülh yolu ilə həlli yolları araşdırıldı və təhlil edildi. Bu, Azərbaycanın dünyada sülhün bərqərar edilməsinə verdiyi mühüm bir töhfədir. Bu gün biz dünyaya sülh çağırışı edən, tolerantlığın, multikulturalizmin inkişaf etdiyi bir cəmiyyətik".
A.Nağıyev əlavə edib ki, forum elə bir dövrə təsadüf etdi ki, məhz Dağlıq Qarabağ münaqişəsi artıq pik nöqtəsinə çatmış bir vəziyyətdə idi: "Eyni zamanda Azərbaycan təcavüzkarı danışıqlar masasına əyləşdirəcək bir məqama gətirib çıxarıb. Belə bir məqamda forumun keçirilməsi təbii ki, ölkəmiz üçün əhəmiyyət kəsb edir".

Bu xəbər oxucular tərəfindən 753 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |